AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya
NATO “Şərq gözətçisi“ əməliyyatına başlayacaq
Bəybala Xankişiyevə “stop“ qoyuldu -FOTO
Sergey Neçayev Almaniya XİN-ə çağırılıb
Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro
“Boeing 737 “ sərnişin təyyarəsi təcili eniş edib
Gürcüstanda buna yol verilməyəcək - Kobaxidze
Ukraynanı işğal etməklərinə imkan verməyəcəyik -Zelenski
Bu ölkənin səfiri Finlanlandiya XİN-ə çağırıldı
Məşhur mağaza Azərbaycandakı filiallarını bağlayır - FOTOLAR


20.04.2018  15:08 

“Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik edilir





A+  A-

Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında "Kütləvi informasiya vasitələri haqqında" qanuna dəyişiklik müzakirə edilir.
XəzərNews.az xəbər verir ki, qanunun 21-ci (Kütləvi informasiya vasitəsi məhsulunun yayılmasına icazə) maddəsinin 1-ci bəndi yeni redaksiyada verilib. Dəyişikliyə əsasən, "Reklam haqqında" qanunla reklamı qadağan edilmiş malların istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər sponsor ola bilməzlər.

Sponsorun maliyyə yardımı ilə hazırlanmış dövri mətbuat nəşrlərində bu barədə məlumat çap olunmalıdır.

Layihədə bildirilib ki, dövri mətbuat nəşrlərdə yayımlanan elanlarda (anonslarda) əmtəə nişanın, reklamvericilərin, sponsorun adının və loqosunun yerləşdirilməsi reklam hesab olunur.

Qanuna edilən əlavəyə əsasən, haqsız, qeyri-dəqiq və gizli reklam “Reklam haqqında" qanunun tələbləri nəzərə alınmaqla təkzib olunur.

Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbər 3330 dəfə oxunub.



12.09.2025  20:52 

Türkiyədə meşə yanğınları

12.09.2025  14:42 

ADNSU-nun yataqxanası bağlanıb


BÜTÜN XƏBƏRLƏR +