Türkiyə təyyarəsi bu şəhərdə təcili eniş edib
Bu ölkənin səfiri XİN-ə çağrıldı
Braziliya prezidenti Trampı açıq dialoqa çağırıb
Bu ölkədən Polşaya dəstək
Xankəndidə polisə silahlı müqavimət... - Erməni cavab atəşi ilə susdurulub
Ukrayna ordusu ruslara ağır zərbə vurdu
Tanınmış boksçu faciəvi şəkildə öldü -FOTO
ABŞ Cənubi Koreyadan üzr istədi
Rusiya spikeri ciddi ürək problemi yaşayır
İki qatar relsdən çıxıb: Ölənlər var


29.08.2025  12:40 

“Rialın dəyərsizləşməsi nəticəsində Azərbaycan məhsullarının İran bazarında qiyməti bahalaşır” – Famil Niftiyev





A+  A-

İranda dolların məzənnəsi rekord həddə bahalaşaraq 95 min tüməni ötüb. Bu vəziyyətin Azərbaycanla sərhəd bölgələrində (Masallı, Lənkəran, Biləsuvar və s.) ticarət münasibətlərinə necə təsir edəcək?

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı Gununsesi.info – ya danışan iqtisadçı ekspert Famil Niftiyev bildirib ki, İranda dollar məzənnəsinin rekord həddə bahalaşması əslində milli valyutanın, rialın kəskin dəyər itirməsi ilə bağlıdır:

“Rialın ucuzlaşması ölkənin ümumi iqtisadi göstəricilərinə, xüsusilə də xarici ticarətinə ciddi təsir edir. Azərbaycanla sərhəd bölgələrində – Astara, Lerik, Lənkəran, Masallı və Cəlilabadda mövcud olan iqtisadi əlaqələr də bu prosesdən kənarda qala bilməz.

Rialın dəyərsizləşməsi nəticəsində Azərbaycan məhsullarının İran bazarında qiyməti bahalaşır. Məsələn, əgər əvvəllər 1 ABŞ dolları 420 min rial idisə və Azərbaycan tərəfdən 100 dollarlıq mal ixrac olunurdusa, bu, İran bazarında 42 milyon rial dəyərində idi. İndi dolların qiyməti 600 min rial təşkil edirsə, həmin məhsul artıq 60 milyon rial dəyərində görünür. Bu isə İran alıcıları üçün Azərbaycan mallarını əlçatmaz edir, onların alıcılıq qabiliyyətini azaldır və nəticədə Azərbaycan tərəfinin ixrac potensialını məhdudlaşdırır”.

İqtisadçı ekspert vurğulayıb ki, rialın ucuzlaşması, həm də İran mallarını Azərbaycan bazarında rəqabətqabiliyyətli edir:

“İran istehsalı olan kənd təsərrüfatı məhsulları xüsusilə, sitrus meyvələri, çay, tərəvəz, həmçinin tikinti materialları, tekstil və gündəlik tələbat malları daha ucuz qiymətlərlə Azərbaycana daxil ola bilər. Bu, sərhəd bölgələrindəki bazarlarda İran məhsullarının üstünlüyünü artıracaq və istehlakçıların seçimlərinə təsir edəcək. Lakin bu proses yerli istehsalçılar üçün müəyyən risklər doğurur, çünki ucuz İran malları daxili bazarda rəqabəti gücləndirir.

Astara, Masallı, Lənkəran, Lerik və Cəlilabad kimi rayonlarda əhali üçün qonşu ölkə ilə sərhəd ticarəti mühüm gəlir mənbəyidir. Dolların bahalaşması və rialın ucuzlaşması ikiqat nəticə yaradır. Azərbaycanlı iş adamları İrandan daha ucuz mal alıb yerli bazara çıxarmaqda maraqlı olur. Belə ki, öz məhsullarını İrana ixrac etməkdə çətinlik çəkirlər. Bu, xüsusən kənd təsərrüfatı ilə məşğul olan fermerlərin gəlirlərinə mənfi təsir göstərə bilər”.

Ekspert qeyd edir ki, inflyasiya dərinləşdikcə sərhəd ticarətində qeyri-sabitlik yaranır:

“Dolların rekord bahalaşması həm də İranda inflyasiya təzyiqini artırır. İnflyasiya dərinləşdikcə sərhəd ticarətində qeyri-sabitlik yaranır. Azərbaycan üçün risklərdən biri də budur ki, İran tərəfi idxal imkanlarını məhdudlaşdırmaq və valyuta axınını azaltmaq üçün inzibati məhdudiyyətlər qoya bilər. Bu halda Azərbaycan sərhəd bölgələrinin iqtisadi fəallığı zəifləyə bilər. Əgər rialın ucuzlaşması davamlı xarakter alarsa, Azərbaycan üçün bir neçə nəticə ortaya çıxacaq. İdxalda İran mallarının üstünlüyü artacaq və daxili bazarda qiymət rəqabəti güclənəcək. Azərbaycan məhsullarının İran bazarına çıxışı məhdudlaşacaq, ixrac azaldıqca sərhəd bölgələrində istehsalçılar gəlir itkisi ilə üzləşəcəklər. Nəticədə ticarət balansı İran xeyrinə dəyişə bilər və bu, Azərbaycan üçün müəyyən iqtisadi asılılıq riskləri doğuracaq.

Dolların məzənnəsinin İranda rekord həddə bahalaşması Azərbaycanla sərhəd ticarətinə ikili təsir göstərir: qısamüddətli dövrdə İran məhsullarının Azərbaycana axını artacaq, lakin uzunmüddətli dövrdə Azərbaycan ixracatçıları üçün bazar daralacaq. Bu proses həm də regionların iqtisadi sabitliyi baxımından mühüm risklər yaradır”.

Xəbər 1976 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.09.2025  21:49 

İndoneziyada güclü zəlzələ

14.09.2025  20:59 

Bu ölkədən Polşaya dəstək

14.09.2025  18:35 

Gəncədə bıçaqlanma hadisəsi

14.09.2025  17:26 

Faktiki hava açıqlandı

14.09.2025  17:06 

ABŞ Cənubi Koreyadan üzr istədi

14.09.2025  17:04 

Prezident Şuşakənddə

14.09.2025  16:59 

Xırdalan sular altında qaldı

14.09.2025  16:57 

Hindistanda güclü ZƏLZƏLƏ

14.09.2025  14:42 

Papa ad günün qeyd edir

14.09.2025  13:37 

Putin Dmitri Medvedyevi təltif edib

14.09.2025  13:26 

Sabahın havası açıqlandı

14.09.2025  13:17 

Kiyevdə neft anbarı partladıldı

14.09.2025  13:05 

Daha bir general həbs edildi


BÜTÜN XƏBƏRLƏR +