Kikboksçu qadın restoranda həmcinsini niyə döyüb?
Səfirimiz geri çağrıldı
Qazaxıstanda həbslər: Nazir və iş adamı saxlanıldı
Azərbaycanda hava yağışlı keçəcək - Sabah
Gəliri bir ildə 20 milyon manat azalıb
“İş bağlanıb, hara istəyirsən şikayət elə!”
Rusiya paraflanmış sazişə nikbin yanaşır - Overçuk
Overçuk Azərbaycanda saxlanılan ruslardan danışdı
DİM yeni tələbə olanlara müraciət etdi
Astara İcra Hakimiyyətinin tenderi ləğv edilib


06.06.2020  12:10 

Maşınla icazəsiz çıxanlar cəzalandırılır





A+  A-

Məlum olduğu kimi, gecə saatlarından etibarən fəaliyyətinə icazə verilən bəzi dövlət qurumları əməkdaşları istisna olmaqla vətəndaşların evdən çıxması qadağan edilib. Fəaliyyətinə icazə verilən şəxslər isə yalnız təmsil etdikləri orqanın xidməti avtomobilləri ilə hərəkət edə bilər.
XəzərNews.az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə açıqlamasında bildirib ki, Operativ Qərargahın qərarı qüvvəyə mindiyi andan yol polisləri küçələrdə karantin qaydalarını pozan hərəkət iştirakçılarını saxlayır: “Artıq icazəsiz hərəkət edən avtomobillər aşkar edilib. Hazırda proses davam edir, karantin qaydalarını pozan avtomobillər polis naryadları tərəfindən məsuliyyətə cəlb edilir. Sabah sutka ərzində yollarda karantin qaydalarını pozan hərəkət iştirakçıları barədə məlumat veriləcək”.

K.Əliyev qeyd edib ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu daxilində karantin qaydalarını pozanlarla yanaşı, bu ərazilərin giriş-çıxış postlarından keçməyə cəhd edənlər də olub: “Bəzi hərəkət iştirakçıları icazə olmadığı halda rayonlara getməyə və ya bölgələrdən bu ərazilərə daxil olmağa cəhd ediblər. Həmin şəxslər də polis naryadları tərəfindən saxlanılıblar”.

Xəbər 3144 dəfə oxunub.




04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı

04.09.2025  10:00 

Yeniyetmə su kanalında boğulub


BÜTÜN XƏBƏRLƏR +