Ağdərədə yanğın törədən şəxslər saxlanılıb
Kikboksçu qadın restoranda həmcinsini niyə döyüb?
Səfirimiz geri çağrıldı
Qazaxıstanda həbslər: Nazir və iş adamı saxlanıldı
Azərbaycanda hava yağışlı keçəcək - Sabah
Gəliri bir ildə 20 milyon manat azalıb
“İş bağlanıb, hara istəyirsən şikayət elə!”
Rusiya paraflanmış sazişə nikbin yanaşır - Overçuk
Overçuk Azərbaycanda saxlanılan ruslardan danışdı
DİM yeni tələbə olanlara müraciət etdi


04.03.2017  09:55 

Kimlər əfv olunacaq?





A+  A-

Martda əfv sərəncamı imzalanacağı artıq dəqiqləşib. Martın 17-də dövlətdə axırıncı iş gününün olduğunu nəzərə alsaq, çox qısa zamanda bu sərəncamın şahidi olacağıq. Hazırda müzakirə edilən məsələlərdən biri də bu əfvə siyasilərdən kimlərin düşəcəyi ilə bağlıdır.
XəzərNews.az xəbər verir ki, “Yeni Müsavat”ın yazdığına görə, həbsdə olan bir çox siyasi fəal var ki, əfv siyahısında adlarının olması üçün nəzərdə tutulan bütün kriteriyalara cavab verirlər. Onlardan bir neçəsinin adını çəkmək olar; Seymur Həzi, Məmməd İbrahim, Elvin Abdullayev, Asif Yusifli, Zeynalabdin Bağırzadə, NİDA-dan İlkin Rüstəmzadə və Əbdül Əbilov, REAL sədri İlqar Məmmədov və sair. Qarşıda imzalanacaq əfv sərəncamı ilə bu şəxslərin azadlığa buraxılacağına olan ümidlər kifayət qədər çoxdur.

REAL sədrinin həyat yoldaşı Vəfa Məmmədova əfvə ümid etmədiyini söylədi: “İlqarla keçən həftə görüşdüm. Vəziyyəti yaxşıdır. Əfv barədə bir söz deyə bilmərəm. Elə də böyük ümidimiz yoxdur. Hər il bir neçə siyasi məhbus azad olunur, tək İlqardan başqa. Artıq 4 ildir bu belə davam edir. Ona görə də ümidlərimiz yoxdur”.

Əfv Komissiyasına 27 nəfərlik siyahi təqdim edən İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı bunları dedi: “Əfvə kimlərin düşməsi cənab prezidentin səlahiyyətində olan məsələdir. Bizim siyahıda olanlar cəzalarının böyük hissəsini çəkiblər. Gənclər var ki, onların həyatları sınmasın deyə azadlıqlarını xahiş etmişik. Bütün nüansları nəzərə alıb, 27 nəfəri seçmişik. Məncə, müsbət nəticə gözlənilir. Hər halda, bir az gözləyək, düşünürəm ki, ötənilki Novruzda olduğu kimi, bu dəfə də sevinəcəyik. Ötən il kifayət qədər şəxslər azad olundu. Əfv sözü çox məsuliyyətli bir sözdür. Bu, humanizm, insanpərvərlikdir. Bayramımızın özü də məhz buna yüklənib. Mənə elə gəlir ki, siyahımızda olan 27 nəfər azadlığa buraxılacaq. Bizim siyahı nə 160, nə də 120 nəfərlik deyil. Kifayət qədər çox şəxsin adlarını siyahılara salmaqla düşünürlər ki, işlər düzələcək. Onların düşüncələri tam yanlışdır. Hamısını bir-bir yoxlayıb seçmişik ki, onlar real olaraq azadlığa buraxıla bilərlər”.



Xəbər 4296 dəfə oxunub.




04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı

04.09.2025  10:00 

Yeniyetmə su kanalında boğulub


BÜTÜN XƏBƏRLƏR +