Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


01.07.2025  13:54 

“Qarabağ“ın sabiq futbolçusu “Araz-Naxçıvan“a transfer olunub





A+  A-

“Araz-Naxçıvan” daha bir futbolçu ilə müqavilə imzalayıb.

XəzərNews.az Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı futbolçu Hamidu Keyta ilə 2026-cı ilə qədər müqavilə imzalanıb.

31 yaşlı yarımmüdafiəçi ötən mövsümü Türkiyə “Konyaspor”unda keçirib. Azərbaycanlı azarkeşlərə yaxşı tanış olan Keyta Premyer Liqa klublarından “Zirə” və “Qarabağ”ın da formasını geyinib.

Futbolçu müxtəlif illərdə Fransa, Rumıniya və Portuqaliya klublarının heyətində də yer alıb.

Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Elçin Mustafayev, Turan Vəlizadə, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigeslə başa çatan müqaviləni yeniləyən, Bar Koen, Çarles Boli, Bruno Franko, Çance Simakala Ba-Muakanı transfer edən “Araz-Naxçıvan” Vadim Abdullayev, Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias və Miço Kuzmanoviçlə yollarını ayırıb.


Xəbər 301 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +