Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu





A+  A-

Azərbaycanda zəlzələ baş verib. Yeraltı təkanların episentri Şamaxı rayonunun Pirqulu qəsəbəsidir. Zəlzələ episentrdə 4, ətraf rayonlarda 3-4 bala qədər hiss olunub.

XəzərNews.az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, 3.1 maqnitudalı zəlzələ yerli vaxtla 16:04-də 4 km dərinlikdə baş verib, təkanlar hiss olunmayıb.

Fövqəladə Hallar Nazirliyi zəlzələ ilə bağlı məlumat yayıb.

Bildirilib ki, Respublika Seysmoloji Xidmət Mərkəzindən FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 05.06.2025-ci il tarixində yerli vaxtla saat 16:02-də Şamaxı rayonu ərazisində 7 km dərinlikdə 3.7 maqnituda və 16:04-də 4 km dərinlikdə 3.1 maqnituda zəlzələlər qeydə alınıb:

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

Xəbər 2261 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +