Xərçənglə təkbaşına mübarizə: İcbari Tibbi Sığortanın onkoloji xəstələrə verdiyi tək şey ÜMİDDİR
“TikTok”da tanış olduğu qadının uşaqlarına dəhşətli işgəncələr verdi
İcra hakimiyyətinin sahibsiz telefonları, günü-gündən böyüyən problem - Nərimanovdan ŞİKAYƏT
Putin “Oreshnik“in Rusiyada istehsalından danışdı
Yevlaxda toyda söyüş söyən qonağı pilləkəndən atdılar
Rövnəq Abdullayev iş kabinetindən narazıdır?
Qarpız və yemişi rahat yeyə bilərsiniz
“Markov Azərbaycan agentidir“ - Zatulindən ŞOK AÇIQLAMALAR
Polis məşhur müğənnini Nardaran pirinə buraxmadı
Xəlilovlar Putini seçdi


23.03.2017  16:12 

Ermənistan malları Bakının brend mağazalarında





A+  A-

Bakının məşhur ticarət mərkəzlərində Ermənistan istehsalı olan mallar satılır.
XəzərNews.az BakiPost.az-a istinadən xəbər verir ki, "Park Bulvar” və "Gənclik Mall”da fəaliyyət göstərən "OVS” mağazalarında müştərilərə üzərindəki etiketdə "MADE İN ARMENİA” yazılan paltarlar təqdim edilir.

Məsələnin ən ilginc tərəfi odur ki, düşmən ölkədən idxal olunan mallar dəbdə olan hərbi stildə tikilmiş uşaq paltarlarıdır. OVS məşhur İtalyan brendidir və öz məhsullarını dünyanın bir neçə ölkəsində hazırlatdırır. Ermənistanda məhz hərbi paltarların tikilməsi və onun Azərbaycanda satışa çıxarılması kifayət qədər maraqlı görünür.

Məsələ ilə bağlı OVS mağazalarının İlham adlı əməkdaşı deyib ki, Ermənistan istehsalı olan malların satılması mümkünsüzdür: "Bizim mağaza İtaliya brendidir. Bura 12 ölkədən mallar gətirilir. Məsələn, Çin, Banqladeş, Türkiyə və s ölkələr. Amma sizin dediyiniz Ermənistandan malların gətirilməsi qətiyyən düzgün deyil. Bu ola da bilməz. Yanlış məlumatdır. Çünki OVS dünyaca məşhur İtaliya brendidir”.

Mağaza nümayəndəsinə malların üzərindəki "MADE İN ARMENİA” etiketini əks etdirən şəkillərin olduğu bildirilsə də, o, yenə də belə bir şeyin mümkünsüz olduğunu deyib: "Konkret olaraq yalandır. Belə bir şey ola bilməz. Çünki bu tanınmış İtaliya brendidir”.

OVS brendi artıq 43 ildir ki, qadın, kişi və uşaqlar üçün geyim və aksessuar istehsalı ilə məşğul olur. Brendin əsas xüsusiyyətləri keyfiyyət və münasib qiymətlərdir.

Xəbər 3665 dəfə oxunub.




01.08.2025  15:57 

Xəlilovlar Putini seçdi

01.08.2025  13:47 

Kredit kartlarına LİMİT QOYULDU

01.08.2025  11:25 

Məşhur karaoke klubu bağlandı


BÜTÜN XƏBƏRLƏR +