Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


20.02.2017  16:21 

“Camaat bilmir ki, dövlət xəstəxanaları pulsuzdur?” - Deputatdan baş həkimə dəstək





A+  A-

Xəbər verdiyimiz kimi, 1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko") baş həkimi Ədalət Dadaşovun xəstəxanada pasientlərin pulsuz müalicə edilməsiylə bağlı səsləndirdiyi fikirlər cəmiyyətdə birmənalı qarşılanmayıb. Onun "Ailəmizdəki qadınları söyürlər” - Baş həkimin müzakirə olunan müsahibəsi başlıqlı müsahibəsi əhali baş həkimin sözlərini gülüşlə qarşılanıb.
XəzərNews.az bildirir ki, BakiPost.az-ın əməkdaşı Ə.Dadaşovun müzakirələrə səbəb olan fikirləri ilə bağlı Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızının da möveyini öyrənib. Deputat baş həkimin dediklərinin həqiqət olduğunu qeyd edib: "Cəmiyyətdə insanlar bilmirlər ki, dövlətin bütün səhiyyə strukturlarında vətəndaşlara pulsuz xidmət olunur? Bununla yanaşı hər il cənab prezident İlham Əliyevin tapşırığı ilə əhali ümumi olaraq bütövlükdə ölkəmizin səhiyyə müəssislərində "check up” müayinədən keçirilir. İnana bilmirəm ki, əhali xəstəxanalarda pulsuz xidmət göstərildiyinə inanmasın. Çünki bu, mənə çox qəribə gələr. Hər kəs bilir ki, lap Sovet dönəmindən bu günə kimi Azərbaycanda dövlət səhiyyə strukturlarında və müəssislərində tibbi xidmət pulsuzdur”.

Deputat qeyd edib ki, dövlət xəstəxanalarında xəstələrdən pul alınmasıyla bağlı fikir yaratmaq istəyənlərin hansısa bir məqsədi var: "Mən əminəm ki, bu belədir”.

Xəbər 4890 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +