Ramiz Mehdiyevin gəlini niyə işə çıxmır?
Mərhum meyxanaçının qızı həbs olunub
Nazirlik 10 milyonluq tender elan edib
Şəxsiyyət vəsiqələri artıq belə olacaq - FOTO
Noyabrda ardıcıl 4 gün iş olmayacaq
108 nəfərin diplomu tanınmayıb - Rəsmi
Eldar Mahmudov istintaqa çağrılıbmı?
Ramiz Mehdiyev yaxın adamını necə səfir göndərib?
Tramp Rusiyaya da təhlükəsizlik zəmanəti təklif edib?
AZAL-a məxsus təyyarə Rusiyada məcburi eniş edib


13.10.2025  17:50 

Uşaq pornoqrafiyasını Ukraynadakı uşaqlara göndərən kişi saxlanılıb





A+  A-

Polşada uşaq pornoqrafiyasını, o cümlədən onları Ukraynadakı uşaqlara göndərməkdə şübhəli bilinən 57 yaşlı kişi saxlanılıb.

XəzərNews.az xəbər verir ki, məlumatı Kuyavian-Pomeraniya Voyevodalığı polisinin mətbuat xidməti yayıb.

Təhqiqat Ukraynada 11 yaşlı iki qızın valideynləri Kiyev hüquq-mühafizə orqanları ilə əlaqə saxladıqdan sonra başlayıb.

Naməlum şəxs sosial şəbəkə vasitəsilə uşaqlarla əlaqə saxlayıb, onlara uşaq və heyvanların əks olunduğu pornoqrafik materiallar göndərib.

Toplanmış sübutlar şübhəlinin Polşada ola biləcəyini göstərib. Ukrayna prokurorları müvafiq məlumatı Europol vasitəsilə Polşa hüquq-mühafizə orqanlarına ötürüblər, bundan sonra yerli prokurorluğun prosessual nəzarəti altında Bıdqoş polisləri tərəfindən araşdırma aparılıb.

Oktyabrın 8-də polis Bıdqoş qraflığının Sitsenko kommunasının 57 yaşlı sakinini saxlayıb. Həmin şəxsin yaşadığı və iş yerində aparılan axtarışlar zamanı ondan 7 ədəd mobil telefon, 3 ədəd noutbuk və 10 ədəd yaddaş kartı götürülüb. Onların içərisində yetkinlik yaşına çatmayanların və heyvanların iştirak etdiyi pornoqrafik materiallar olan fayllar tapılıb. Mütəxəssislər silinmiş faylların bir qismini bərpa edə biliblər.

Prokurorluq həmin şəxsə uşaq pornoqrafiyası saxlamaq və yaymaqda, habelə internet vasitəsilə qadağan olunmuş materialları azyaşlılara göstərməkdə ittiham edib.

Məhkəmənin qərarı ilə şübhəli şəxs 2026-cı il yanvarın 6-dək müvəqqəti həbsdə saxlanılacaq.

Xəbər 3612 dəfə oxunub.



19.10.2025  16:49 

Akif Məmmədov saxlanıldı

19.10.2025  16:28 

Türkiyədə zəlzələ baş verib

19.10.2025  16:25 

Sabahın havası açıqlandı

18.10.2025  18:00 

Hava limanında yanğın


BÜTÜN XƏBƏRLƏR +