İsrail İrana qarşı yeni plan hazırlayır
Pakistanın Baş naziri Xankəndiyə gəldi
Rusiya erməniləri Rəştdə yerləşdirməlidir - Politoloq
Rusiya Kiyevə hücum edib
Solovyovun Bakını hədələməsinə Türkiyədən reaksiya
Sabiq məmur hərbçilərdən rüşvət alıbmış
Parlamentdə 22 məsələ müzakirə olunacaq
Əliyev Trampı təbrik etdi
Pezeşkian Azərbaycana səfərə gəlib - YENİLƏNİB
Rusiya Əfqanıstan İslam Əmirliyini rəsmən tanıyıb


05.11.2022  14:32 

Əli İnsanovun dəstək addımı: Həyacan siqnalı və nümunə olmalıdır!





A+  A-

2005-ci ilin 17 oktyabrında dövlət çevrilişinə cəhd ittihamıyla həbsə atılan və düz 14 il həbsxanada hakimiyyətin görünməmiş basqısı, təzyiqləri altında saxlanılsa da, öz sınmaz xarakteriylə, dözüm və dəyanətiylə hər kəsi heyrətləndirən və buna görə də əksəriyyətin dərin rəğbətini qazanan sabiq səhiyyə naziri Əli İnsanov növbəti dəfə çoxlarını təəccübləndirəcək addım atıb: o, partiyasının toplantısında prezident İlham Əliyevin ölkənin maraq və mənafelərinin qorunmasında doğru yolda olduğunu bildirərək, bundan sonra onu müdafiə edəcəyini açıqlayıb!

Təkrar edirəm: bunu o şəxs deyir ki, düz 14 ilin hər gününü, hər saatını azadlıq və qisas yanğısıyla qovrulub!

Onu ayaqda saxlayan, yaşadan, sınmağa qoymayan və ömrünün ahıl çağlarında dəmir barmaqlıqlar arxasında qoca şir kimi hər kəslə döyüşməyə vadar edən də elə məhz bu hissləri olub – azadlıq və qisas duyğusu!

İndi belə bir dəmir iradəli adam – azadlığa çıxmış, hakimiyyətdən hər hansı maddi-siyasi asılacağı və umacağı olmayan, kifayət qədər zəngin həyat təcrübəsinə və elmi biliklərə malik, kritik situasiyada bütün hakimiyyət əleyhdarlarını öz ətrafına toparlaya biləcək potensiala və imkanlara sahib 76 yaşlı ağsaqqal, alim-siyasətçi deyirsə ki, İlham Əliyev doğru yoldadır, dəstəklənməli və qorunmalıdır, deməli, bu çağırış digər müxalif mövqeli siyasətçilər üçün də ciddi bir həyacan siqnalı və nümunə olmalıdır!

Bəli, dövlətimizi və xalqımızı bizi gözləyən bu geopolitik qasırğadan yalnız birlikdə, səmimi şəkildə əl-ələ verib bütün təhlükələrin önünə birgə çıxmaqla qorumaq mmkündür!

Mən hörmətli Əli müəllimə bu cəsarətli mövqeyinə və yalnız güclü xarakterli insanlara xas ağayana davranışlarına görə minnətdarlığımı bildirir, ortaya qoyduğu bu nümunənin çox tezliklə eyni düşüncəni bölüşən digər partiyalar, təşkilatlar və şəxslər tərəfindən də açıq şəkildə dəstəklənəcəyinə əminliyimi ifadə edirəm!

Əli İnsanov bu addımıyla bütün müxalifət düşərgəsinə bir daha göstərdi ki, əsl lider öz hisslərinə yenik düşənlər deyil, öncə özünə, öz hisslərinə qalib gəlməyi bacarmışlardır!

Ölkəsinin və xalqının maraqları naminə öncə özünü yenmiş, öz hisslərinə qalib gəlmiş hər kəs isə ən böyük sevgiyə və hörmətə layiqdir!

Bütün dövrlərin ən gözəl əsərini yaratmış Böyük Viktor Hüqo deyərdi: “Bağışlamaq və unutmaq yaxşı insanların intiqamıdır”.

Qoca tarix isə onu sübut edir ki, ən qəddar, ən pis və ən zalım adamlar bağışlamağı bacarmayanların içərisindən çıxır!

İndi bağışlamaq və bağışlanmaq zamanıdır!

Elxan Şükürlü

Xəbər 2532 dəfə oxunub.




04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi

03.07.2025  15:38 

Sadır Japarov Azərbaycana gəlib


BÜTÜN XƏBƏRLƏR +