Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


19.06.2022  13:18 

DOST Yaradıcılıq Mərkəzinin üzvləri Bakı muzeylərində...





A+  A-

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları üçün tur təşkil edilib.

XezerNews.az xəbər verir ki, Mərkəzin üzvləri Bakının mədəniyyət mərkəzləri sayılan muzeyləri ziyarət ediblər. Həssas qruplardan olan şəxslərin iştirak etdiyi ekskursiyada ilk dayanacaq Milli Xalça Muzeyi olub. Benefisiarlara Muzeydə nümayiş etdirilən Azərbaycan xalqının milli mədəniyyəti və incəsənətinin əvəzsiz xalça və xalq tətbiqi sənəti nümunələri ilə bağlı məlumat verilib. Benefisiarlar rəssam və xalq sənətkarlarının nümunəvi əsərləri ilə də tanış olublar. Ekspozisiya ilə tanışlıqdan sonra "Kölgə" tamaşasına baxıblar, həmçinin "Özün rənglə" adlı ustad dərsindən faydalanıblar.

Tur çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan, Azərbaycanın daş plastikası tarixini əks etdirən Daş salnamə muzeyində də olublar. Onlara məlumat verilib ki, ekspozisiyada orta əsrə aid ictimai-siyasi, sosial, mədəni, ideoloji hadisələri haqqında orijinal informasiya verən qiymətli daşlar qorunub saxlanılır.

Qeyd edək ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin yaradılmasında məqsəd şəhid ailəsi üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı ailələrin və əlilliyi olan şəxslər sırasından istedadlıların Mərkəzdə müvafiq istiqamətdə bacarıq və yaradıcılıq potensialının inkişaf etdirilməsidir.

Xəbər 2886 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +