Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


17.06.2022  18:05 

Vidadi İsgəndərli hücuma məruz qalıb? - İDDİA





A+  A-

Fransanın Müluz şəhərində yaşayan azərbaycanlı mühacir Vidadi İsgəndərli hücuma məruz qaldığını deyir. O, hadisənin iyunun 16-da, axşam saatlarında baş verdiyini bildirir.

Sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini tənqid etməsilə tanınan Vidadi İsgəndərli “Facebook” hesabında yazır ki, ofisinə daxil olarkən bir neçə nəfər ona hücum edib, ofisin pəncərəsini sındırıblar:

“Mənə elə gəldi ki, ərəb idilər. Əllərində silah və bıçaq vardı. Mənə hücum etdilər. Kürəyimdən bıçaqla vurdular. Əllərim kəsilib”.

O, canlı yayımda yaralarını göstərib, polisə müraciət edib. İsgəndərlinin sözlərinə görə, hücum edənlərdən birini tanıyıb və hücumun arxasında Azərbaycan hakimiyyətinin dayandığını düşünür.

“Azərbaycan-Saata” İnternet- resursun redaktoru Qənimət Zahid bildirib ki, Fransa polisi faktla bağlı cinayət işi açıb.

“Hücum edənlər İsgəndərlinin mənzilinə atəş açıblar. Polis giliz tapıb. İsgəndərli özünümüdafiə məqsədilə bir neçə hücumçunu bıçaqla yaralayıb”, – Zahidov bildirib.

Vidadi İsgəndərli Azərbaycanda bir neçə dəfə həbs olunub. O, 2011-ci ildə 2010-cu ildə keçirilmiş parlament seçkilərində seçki komissiyalarının işinə müdaxilə ittihamı ilə 3,5 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Vidadi İsgəndərli özü bildirib ki, deputatlığa namizəd kimi təmsil etdiyi dairədə saxtakarlıqları ifşa edib. Həbs edildikdən sonra beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınıb. O, 2015-ci ildə Fransaya mühacirət edib. /“Turan”

Xəbər 3192 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +