Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər


13.06.2022  10:00 

“AZAL-da monopoliyaya son verilməlidir” - Deputat





A+  A-

“AZAL biletlərin qiymətini endirmək yerinə, günü-gündən qaldırır. Əhali bundan çox, həm də çox əziyyət çəkir. Narazılıqlar var. Vətəndaşları bu qədər sıxıntıya salmağa, incitməyə nə ehtiyac var? Biz bu qiymət artımında nəyə nail oluruq? Vətəndaş bunun izahını, açıqlamasını istəyir. Qiymət artımının səbəbini soruşur. Biz vətəndaşa izah etməliyik ki, nəyə görə qiymət qalxır”.

XəzərNews.az xəbər verir ki, bu fikirləri Bakupost.az -a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Deputat bildirib ki, Azərbaycanda bilet qiyməti qonşu ölkələrlə müqayisədə ikiqat bahadır, hər dəfə də qiymətlər artır:

“Hesab edirəm ki, AZAL-da monopoliyaya son verilməlidir, əks halda zərərçəkən tərəf yenə də Azərbaycan vətəndaşı olacaq. Vətəndaşların dövlətə münasibətində müəyyən narazılıqlar yaranır. İnsanlar çox narazıdırlar, şikayətçidirlər. Biz buna yol verməməliyik. Artıq bu məsələnin həlli istiqamətində müvafiq addımlar atılmalıdır. AZAL-dan başqa digər hava şirkətlərinə də imkan yaradılmalıdır. Monopoliyaya son verilməlidir. Məhz bu zaman qiymət məsələsi də öz həllini tapar”.

Xəbər 3539 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +