Moskvada azərbaycanlı “qanuni oğrular“ saxlanıldı
Türkmanlar bu qərara etiraz edir - Ekspert
Prezidentlər Xıdırlı kəndinin açılışında iştirak ediblər
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi keçiriləcək
Kanallar artıq pul qazana bilməyəcək
Stavropolda sakitlikdir, təxribat yoxdur...- Diaspora sədri
Rusiya ilə Azərbaycan arasında münaqişənin gərginləşməsi...
Sevgilisi ilə batan 20 yaşlı qızın meyiti tapılıb
Müəllim öz şagirdi olan qızı qaçırıb
FHN güclü küləklə əlaqədar əhaliyə müraciət etdi


07.06.2022  14:40 

“Ermənistan müxtəlif bəhanələrlə dəhlizin reallaşmasını uzatmağa çalışır”





A+  A-

"Ermənistandan Azərbaycanla münasibətlərin normallaşdırılmasına dair bəzi müsbət mesajlar gəlir. Bunları müsbət addımlar olaraq qiymətləndiririk”.

XəzərNews.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu” agentliyinə müsahibəsində deyib.

“Bu istiqamətdə irəliləyişə nail olmaq başda Ermənistan və Azərbaycan olmaqla, bütün bölgə ölkələrinin mənafeyinə uyğundur. Qonşu ölkələrlə, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdıraraq inkişaf üçün zəmin yaratmaq hər kəsdən çox Ermənistan üçün lazımdır. Çünki işğalçı və təcavüzkar siyasəti son 30 ildə Ermənistana fəlakətlərdən başqa bir şey gətirmədi. Ermənistan hökuməti bunu anlamalı və düzgün nəticələr çıxarmalıdır”, - deyə Bayramov söyləyib.

Zəngəzur dəhlizi ilə bağlı aparılan müzakirələrə toxunan C.Bayramov qeyd edib ki, bu mövzuda hələ ki dəqiq bir nəticə yoxdur: “Ermənistan müxtəlif bəhanələrlə dəhlizin reallaşmasını uzatmağa çalışır”.

XİN rəhbərinin sözlərinə görə, Ermənistan bölgədə kommunikasiya baxımından limitli imkanlara sahib ölkədir və Zəngəzur dəhlizi layihəsinin reallaşması digər bölgə ölkələri qədər Ermənistan üçün də vacibdir.

Xəbər 2893 dəfə oxunub.




03.07.2025  15:38 

Sadır Japarov Azərbaycana gəlib

03.07.2025  11:58 

Zaxarovadan SSRİ mesajı


BÜTÜN XƏBƏRLƏR +