Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


15.07.2021  08:43 

Amerikalı mer Kubanı bombalamağa çağırdı





A+  A-

Mayami şəhərinin meri Frensis Suares ABŞ hökumətini Kubaya zərbə endirməyə çağırıb.
XəzərNews.az xəbər verir ki, o, bu fikrini “Fox News” kanalının efirində səsləndirib.

Onun fikrincə, ABŞ Kuba hökumətini devirmək üçün ölkəyə zərbə endirməlidir və bu təzyiq vasitəsini nəzərdən keçirməlidir.

Mer, həmçinin “Miami Herald” qəzetinə bildirib ki, Kubaya hərbi müdaxilə ehtimalını müzakirə etmək üçün ABŞ Prezidentindən zəng gözləyib.

Xatırladaq ki, Kubada yüzlərlə sakin dövlət əleyhinə etirazlarını bildirmək üçün günlərdir aksiya keçirir.

***

Bu açıqlamasının ardınca F. Suares “MSNBS” kanalına müsahibə verib və bildirib ki, Kubanı bombalamağa başlamağın vacib olması ilə bağlı fikirləri səhv başa düşülüb.

O vurğulayıb ki, bunu ABŞ-ın dünyada baş verən müxtəlif insidentlərə adətən necə reaksiya verdiyinə misal olaraq deyib.

“ABŞ dünyada bir çox məsələlərə qarışıb. İndi isə 150 km aralıda hadisə baş verdiyi halda ABŞ-ın hər hansı real müdaxiləsinin olmamasını izləmək çətindir”, - deyə mer sözlərinə əlavə edib.

O bir daha qeyd edib ki, ABŞ-ı konkret addımlar atmağa çağırmır.

Xəbər 3332 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +