İsrail İrana qarşı yeni plan hazırlayır
Pakistanın Baş naziri Xankəndiyə gəldi
Rusiya erməniləri Rəştdə yerləşdirməlidir - Politoloq
Rusiya Kiyevə hücum edib
Solovyovun Bakını hədələməsinə Türkiyədən reaksiya
Sabiq məmur hərbçilərdən rüşvət alıbmış
Parlamentdə 22 məsələ müzakirə olunacaq
Əliyev Trampı təbrik etdi
Pezeşkian Azərbaycana səfərə gəlib - YENİLƏNİB
Rusiya Əfqanıstan İslam Əmirliyini rəsmən tanıyıb


01.07.2020  10:54 

Dövlətə xəyanətdə ittiham olunan şəxsin cəzası azaldıldı





A+  A-

Dövlətə xəyanətdə ittiham olunan 35 yaşlı Orxan Rzaquliyevin cəzasını Ali Məhkəmə azaldıb.
XəzərNews.az-ın məlumatına görə, O.Rzaquliyevin vəkili Tural Şükürov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Ali Məhkəmənin hakimi Şahin Yusifov sədrliyi ilə keçirilən prosesdə onların kassasiya şikayətinə baxılıb. Ali Məhkəmənin qərarı ilə kassasiya şikayəti qismən təmin edilib, cəzanın sərtliyi və ağırlığı nəzərə alınaraq O.Rzaquliyevin cəzası 3 il azaldılaraq 13 ilə endirilib.

Qeyd edək ki, O.Rzaquliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 16 il müddətinə azadlıqdan məhrum edilmişdi. Hökmdən verilən apelyasiya şikayəti təmin edilməyib.

Sumqayıt sakini olan Orxan Rzaquliyev dövlətə xəyanətdə və silah-sursat saxlamaqda təqsirləndirilir. İttihama görə, O.Rzaquliyev İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə pula görə əməkdaşlıq edib. SEPAH əməkdaşlarından aldığı pul qarşılığında ona Azərbaycandakı bəzi obyektlərin fotosunu çəkib göndərmək, Bakıda rəhbəri milliyyətcə yəhudi olan klinikanın həkimlərini izləmək, onlarla yaxın münasibət qurmaq kimi tapşırıqlar verilib. Klinikada çalışanlar, ora gəlib-gedənlərlə bağlı daha yaxşı müşahidə aparmaq üçün O.Rzaquliyev tibb mərkəzinin yaxınlığında yerləşən kafeni icarəyə götürüb. Kafenin 500 manat icarə haqqını isə İranın xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı pulla ödəyib. O.Rzaquliyevin ifadəsinə görə, ona İranda fars dilində bir sənəd verilib. O da sağ baş barmağını mürəkkəbə batırmaqla sənədi imzalayıb. Bundan sonra ona 500 manata bərabər məbləğdə İran pulu verilib. O da həmin vəsaiti sərhəddə dəyişib, Azərbaycana qayıdıb.

Xəbər 2891 dəfə oxunub.




04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi

03.07.2025  15:38 

Sadır Japarov Azərbaycana gəlib


BÜTÜN XƏBƏRLƏR +