Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər


29.04.2020  15:09 

Türkiyədə məktəblər mayın 31-dək bağlı olacaq





A+  A-

Türkiyədə koronavirusun yayılması səbəbilə məktəblərin bağlanmasından sonra başladılan distant təhsil 31 maya qədər davam edəcək.
XəzərNews.az xəbər verir ki, bu barədə Türkiyənin Təhsil naziri Ziya Selçuk açıqlama verib.

“Distant təhsilinin mayın 31-dək davam edəcəyi qərara alındı. Distant təhsil hazırda əlimizdə olan yeganə seçimdir. Bütün övladlarımızdan və valideynlərdən xahişim distant təhsili davam etdirməkdir. 16 Mart 2020-ci il tarixindən etibarən məktəblərin bağlanmasından sonra bir həftədən də qısa müddətdə distant təhsili başlatdıq”, - deyə nazir bildirib.

O qeyd edib ki, əsas diqqət imtahanlara hazırlaşan şagirdlərə yönəlib: “İmtahana hazırlaşan şagirdlər ən həssas mövzumuzdur. 11 və 12-ci siniflərdə oxuyan şagirdlərimiz tərəfindən süni intellektlə dəstəklənən təhsil sisteminə sıx tələb var. Deyə bilərəm ki, EBA akademik dəstək platformasına daxil olan tələbələrin sayı 1 milyona yaxınlaşır”.

Xatırladaq ki, Türkiyədə koronavirusun yayılması səbəbindən martın 16-dan etibarən bütün tədris müəssisələrində təhsil dayandırılıb.

Xəbər 3261 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +