Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


22.01.2020  10:46 

Azərbaycan “Eurovision” hazırlığına başladı





A+  A-

Azərbaycan may ayında Niderlandda baş tutacaq 65-ci “Eurovision” mahnı müsabiqəsində 13-cü dəfə iştirak etməyə hazırlaşır.
XəzərNews.az xəbər verir ki, artıq İctimai Televiziya (İTV) müğənni seçiminə və mahnı qəbuluna start verib.

Yarışmada Azərbaycanı təmsil edəcək mahnının seçimləri fevralın 7-nə kimi davam edəcək. Avropa Yayım Birliyi (EBU) tərəfindən qoyulan qaydalara əsasən, müəlliflər mp3 formatında 3 dəqiqədən çox olmayan mahnıları İTV-yə təqdim edə bilərlər.

Bundan əlavə, bu il Azərbaycanın “Eurovision” Mahnı Müsabiqəsi üzrə nümayəndə heyətinin rəhbəri Hüsniyə Məhərrəmova yox, Leyla Əliyevadır (Quliyeva).

İTV bu dəfə də seçim turunu qapalı keçirir və namizədin fevral ayında təqdim ediləcəyi ehtimal olunur.

Əldə etdiyimiz məlumata görə, seçim 4 nəfər ifaçı arasında aparılır.

Xəbər 3019 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +