İsrail İrana qarşı yeni plan hazırlayır
Pakistanın Baş naziri Xankəndiyə gəldi
Rusiya erməniləri Rəştdə yerləşdirməlidir - Politoloq
Rusiya Kiyevə hücum edib
Solovyovun Bakını hədələməsinə Türkiyədən reaksiya
Sabiq məmur hərbçilərdən rüşvət alıbmış
Parlamentdə 22 məsələ müzakirə olunacaq
Əliyev Trampı təbrik etdi
Pezeşkian Azərbaycana səfərə gəlib - YENİLƏNİB
Rusiya Əfqanıstan İslam Əmirliyini rəsmən tanıyıb


06.03.2019  09:38 

“Şahdağ”dakı hadisəyə görə cinayət işi açıldı





A+  A-

Şahdağ Qış-Yay Turizm Kompleksində xarici şirkət nümayəndəsinin ağır yaralanması ilə bağlı cinayət işi başlanılıb.
Qusar Rayon Prokurorluğundan XəzərNews.az-a daxil olan məlumata görə,1997-ci il təvəllüdlü Rusiya Federasiyası vətəndaşı, Avtsriya şirkətinin Azərbaycan nümayəndəliyində montajçı fəhlə işləyən Nikita Şepelyov fevralın 28-i səhər saatlarında Qusar rayonunda yerləşən turizm kompleksinin ərazisində inşa edilən lift bazasında kanat üçün dəmir materialdan düzəldilmiş yarım dairəvi formada şkif olan əraziyə daxil olarkən həmin şkifin onun üzərinə aşması nəticəsində xəsarət alıb. N.Şepelyov Qusar rayon mərkəzi xəstəxanasında əməliyyat olunub.

Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (Əmək mühafizəsi qaydalarını pozma; ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurularsa) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq davam etdirilir.

Xəbər 3083 dəfə oxunub.




04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi

03.07.2025  15:38 

Sadır Japarov Azərbaycana gəlib


BÜTÜN XƏBƏRLƏR +