Moskvada azərbaycanlı “qanuni oğrular“ saxlanıldı
Türkmanlar bu qərara etiraz edir - Ekspert
Prezidentlər Xıdırlı kəndinin açılışında iştirak ediblər
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi keçiriləcək
Kanallar artıq pul qazana bilməyəcək
Stavropolda sakitlikdir, təxribat yoxdur...- Diaspora sədri
Rusiya ilə Azərbaycan arasında münaqişənin gərginləşməsi...
Sevgilisi ilə batan 20 yaşlı qızın meyiti tapılıb
Müəllim öz şagirdi olan qızı qaçırıb
FHN güclü küləklə əlaqədar əhaliyə müraciət etdi


08.06.2018  16:51 

Nərgiz Paşayeva vitse-prezident seçildi





A+  A-

Azərbaycan Milli Elmlər Akademiyasının bu gün keçirilən ümumi yığıncağında qurumun yeni vitse-prezidentləri, Rəyasət Heyətinin yeni üzvləri seçilib.
XəzərNews.az-ın məlumatına görə, AMEA-nın vitse-prezidentləri vəzifələrinə akademiklər İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev, Dilqəm Tağıyev, Nərgiz Paşayeva , Iradə Hüseynova seçki yolu ilə seçiliblər.

Qeyd edək ki, İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev, Dilqəm Tağıyev bu seçkiyə qədər də həmin vəzifələri icra edirdilər. Nərgiz Paşayeva və İradə Hüseynova isə yeni vitse- prezidentlər seçiliblər.

N.Paşayeva akademiyada təhsil, İ.Hüseynova isə biologiya məsələrinə baxacaq.

Qeyd edək ki, vitse -prezidentlər bu vəzifəyə 5 il müddətinə seçilirlər.

N.Paşayeva və I.Hüseynova həm də Rəyasət Heyətinin üzvləri seçiliblər.

İclasda akademiyanın bölmələrinin akademik katibləri də seçilib.

Belə ki, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev qurumun akademik katibi seçilib.

Biologiya və Tibb Elmlər Bölməsinin akademik katibi Əhliman Əmiraslanov, Fizika-Riyaziyyat və Texnika Bölməsinin akademik katibi Nazim Məmmədov, Yer Elmləri Bölməsinin akademik katibi Fəxrəddin Qədirov, Kimya Bölməsinin akademik katibi Dilqəm Tağıyev, İctimai Elmlər Bölməsinin akademik katibi Nərgiz Axundova, Humanitar Elmlər Bölməsinin akademik katibi Teymur Kərimli olub.

Xəbər 3326 dəfə oxunub.




03.07.2025  15:38 

Sadır Japarov Azərbaycana gəlib

03.07.2025  11:58 

Zaxarovadan SSRİ mesajı


BÜTÜN XƏBƏRLƏR +