Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


24.02.2018  10:17 

Qoyun oğruları həbs olundu





A+  A-

Beyləqan rayon sakini Sərman Həsənov ötən ilin mart ayında RPŞ-yə müraciət edərək 41 baş qoyununun oğurlandığı barədə məlumat verib.
XəzərNews.az xəbər verir ki, DİN Mətbuat Xİdmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Beyləqan RPŞ-nin polis əməkdaşları tərəfindən cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri aparılıb. Davam etdirilən əməliyyat tədbirləri ilə qoyunları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Beyləqan rayon sakini Kəmaləddin Vəliyev olduğu müəyyən edilib.

Bundan başqa Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən fevral ayında daha bir uğurlu əməliyyat tədbiri keçirilib. Belə ki, Ağcabədi və Beyləqan rayonları ərazisindən ayrı-ayrı vaxtlarda 27 baş qoyun oğurlamaqda şübhəli bilinən Rahil Zülfüqarov da saxlanılıb.

Dindirilmə zamanı hər iki şəxs oğurladıqları qoyunları dəyərindən ucuz qiymətə satdıqlarını etiraf edib.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər 3086 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +