Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


24.02.2018  10:32 

Damla işçisini polisə verdi





A+  A-

Müğənni Damlanın ümumi baxışı 35 milyon olan rəsmi “Youtube” kanalı silinib.
XəzərNews.az xəbər verir ki, ifaçı bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Damla iddia edir ki, rəsmi kanalını texniki işlərini həyata keçirən Rafiz Cəfərzadə silib: “Rafiz Cəfərzadə rəsmi “Youtube” kanalımı silib. Bu günə kimi mənim kanalımdan gələn gəlirdən xəbərim olmayıb. Bu barədə ona bir kəlmə də demirdim, fikirləşirdim əziyyət çəkir, halal xoşu olsun.

Bir neçə gün öncə ona müraciət etdim ki, Rafiz “Youtube” kanalımın şifrəsini ver, işdən kənarlaş, bu günə kimi nə qazanmısan halalın olsun. Ya da mənə aylıq ödəniş gələndə bundan mənim də xəbərim olsun. Gördüm Rafiz bununla razılaşmır və sərt şəkildə etiraz edir.Məcbur olub polisə şikayət edəcəyimi dedim, gördüm yenə fikrimi izah edə bilmirəm. Rafiz bildirdi ki, əgər polisə müraciət etsəm o zaman kanaldakı mahnıları siləcək.

Və belə də oldu. Mən polisə müraciət etdim, o da kanalı bir gün içində yox etdi, adını dəyişdi, mahnılarımı sildi. Təbii ki, mən hüquq-mühafizə orqanlarına müraciət etmişəm, bu oğurluq cavabsız qalmayacaq. Ancaq mənim kimi ona inanıb, öz işini həvalə edən sənət dostlarıma səslənirəm ki, eyni səhvi etməsinlər və bu şəxsi yaxşı tanısınlar”.

Xəbər 3909 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +