Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


10.02.2018  21:37 

Çörəyi balığın qulağından çıxaranlar - VİDEO





A+  A-

Dəniz sahilindəki balıqqulaqlarını bir-bir toplayır, daha sonra onları ölçülərinə görə ayırd edib, satışa çıxarırlar.
XəzərNews.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, söhbət Astara rayonunun Şahağacı kəndindən gedir. Kənd sakinlərinin balıqçılıqdan əlavə ikinci əsas məşğuliyyətləri balıqqulağı toplayıb satmaqdır. Hazırda dəniz kənarında yaşayan 50-dən çox ailənin qazanc mənbəyinə çevrilən balıqqulaqlarının həm ətraf rayonlardan, həm də Bakıdan müştəriləri olur.

Sakinlərin sözlərinə görə, burada çıxarılan balıqqulaqları iriliyinə və rənginin ağ olmasına görə seçilir. Bunlar əsasən bəzi muzey eksponatlarının təmir-bərpasında və suvenirlərin hazırlanmasında istifadə olunur. Balıqqulaqlarının başqa istifadə yerləri də var.

Balıqqulaqları palçıqlı yollarda gediş-gəlişi rahatlaşdırmaq və məzarları alaq otlarından qorumaq üçün, ən əsası isə tikinti zamanı suvaq işlərində geniş istifadə olunur.

Balıqqulaqlarının nəmişliyin aradan qaldırılmasına kömək etdiyi də bildirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbər 2887 dəfə oxunub.






BÜTÜN XƏBƏRLƏR +