İsrail İrana qarşı yeni plan hazırlayır
Pakistanın Baş naziri Xankəndiyə gəldi
Rusiya erməniləri Rəştdə yerləşdirməlidir - Politoloq
Rusiya Kiyevə hücum edib
Solovyovun Bakını hədələməsinə Türkiyədən reaksiya
Sabiq məmur hərbçilərdən rüşvət alıbmış
Parlamentdə 22 məsələ müzakirə olunacaq
Əliyev Trampı təbrik etdi
Pezeşkian Azərbaycana səfərə gəlib - YENİLƏNİB
Rusiya Əfqanıstan İslam Əmirliyini rəsmən tanıyıb


08.01.2018  17:08 

Hüquq-mühafizə orqanları hərəkətə keçdi - Xaləddin İsgəndərov həbsə gedir





A+  A-

Sabiq vergilər naziri Fazil Məmmədovun yeznəsi olan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun həbsi gözlənilir.
XəzərNews.az bildirir ki, bu barədə Gununsesi.info-ya etibarlı mənbədən məlumat daxil olub.

Əldə etdiyimiz informasiyada deyilir ki, icra başçısının həbsi üçün artıq hüquq-mühafizə orqanları tərəfindən ilkin addımlar atılmağa başlayıb. Belə ki, Xaləddin İsgəndərov Binəqədi rayonu “Zeytunluq” adlanan ərazidəki yarımçıq tikilidə yaşayan insanların yeni mənzillərə köçürülməsi prosesi ilə bağlı külli miqdarda maliyyə yeyintilərinə yol verib.

Məlumatda həmçinin, o da qeyd olunur ki, yeni mənzillərə köçən insanlara təqdim olunan evlərin sahəsinin genişliyinə görə onlardan əlavə pul alınıb. Mənzillərin bölgüsü şəffaf aparılmayıb.

Bildirilir ki, artıq prokurorluq və polis tərəfindən birgə istintaq qrupu yaradılıb. Dünən – yanvarın 7-si həftənin istirahət günü olmasına baxmayaraq, həmin insanlar ifadə vermək üçün avtobuslarla Binəqədi Rayon Polis İdarəsinə aparılıblar.

Bu faktlar onu göstərir ki, Xaləddin İsgəndərovun həbs olunması ilə bağlı versiyalar yaxın zamanlarda öz təsdiqini tapacaq.

Xəbər 4222 dəfə oxunub.




04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi

03.07.2025  15:38 

Sadır Japarov Azərbaycana gəlib


BÜTÜN XƏBƏRLƏR +