Bu ölkədən Ukraynaya hərbi yardım
Şuşada tarixi qərar: Bakı-Əbu-Dabi xəttində strateji tərəfdaşlıq mərhələsi
Kamçatkada güclü zəlzələ -VİDEO
Deputat istefa verdi, bütün rəhbər heyət getdi
Tanınmış ssenarist vəfat etdi -FOTO
Ceyhun Bayramov Marta Kos ilə görüşüb
Qumar oyunları təşkil edən şəbəkə ifşa olundu - ƏMƏLİYYAT
Onlar üçün ictimai nəqliyyat pulsuz ola bilərmi?
Gəlirlər 38.4, xərclər isə 41.5 milyard manat: Fərqi necə qapadacağıq?
Rusiya Ukraynaya yüzlərlə meyit qaytardı


24.11.2022  13:40 

Bu sakinlər evdə “kurtka”da gəzirlər - VİDEO





A+  A-

Kürdəxanı qəsəbəsində keçmiş məcburi köçkünlərin yaşadığı şəhərcikdə istilik problemi var. Noyabrın 15-dən başlayan istilik mövsümü onların yaşadığı ünvandan yan keçib.

XəzərNews.az “ATV Xəbər”ə istinadən xəbər verir ki, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi 810 ünvanındakı əksər mənzillərdə masa üzərində zoğal mürəbbəsi və dərman pereparatları görmək mümkündür. Səbəb isə çox sadə! Qışda İstilik olmayan evə xəstəlik gələr.

Sakin: “Evin içində kurtkadı, yorğandı, döşəkdi, odeyaldı hamısın yığmışıq bura, bürünürük, gecə yata bilmirik soyuqdan. Səhər deyirik ay Allah səhər nə vaxt açılacaq. Çöl vallah evdən istidir”.

Keçmiş məcburi köçkünlər üçün inşa edilən şəhərcikdə 4 ildir yaşayış var. Sakinlər deyir ki, müəyyən müddət istiliyi ödənişsiz istifadə ediblər. Sonra məlum olub ki, borcları yaranıb. Müəyyən məbləğ ödəməklə problemi həll ediblər. Bu il isə istilik üzünə tamamilə həsrət qalıblar. Səbəb kimi isə ərazidə yerləşən 4 məktəb və bir bağçanın külli miqdarda borcu göstərilir.

Sakin: “35 min manat bizim borcumuz nədədir? O da deyir borcunuz məktəbdi keçirməyib, bağçadı keçirmir, biz gedib bağçanın məktəbin pulun keçirməyəcəyik ki, bizim də cəmi 110-120 nəfərdi, adama 8-9 manat borcumuz var”.

Məsələni araşdırmaq üçün məktəb və bağçaya üz tutan “ATV Xəbər” əməkdaşlarına içəri daxil olmağa icazə verilmədi.

Daha sonra şagirdlər də məktəbin soyuq olmasından şikakətlənib: “Soyuq olur, xəstələnirik, məktəbə gəlmirik və problem olur, dərslərdə gecikmələr olur”.

Bəzi sakinlər məcbur qalıb elektrik piltərindən istifadə edirlər ki, o da qısaqapanma yaradır. Bununla yanaşı binanın yeni istifadə verilməsinə baxmayaraq artıq təmiri də demək olar ki, yararsızdır.

Azəristiliktəchizat-dan da bildirildi ki, bu yaşayış kompleksi onların balansında olmadığından qurum binaların istiliklə təhcizatına məsuliyyət daşımır: “Həmin bina və qazanxana qaçqın və məcburi köçkünlər üzrə dövlət komitəsinin sifarişi əsasənda tikilib və həmin qazanxana bizim balansımızda deyil, adını çəkdiyim həmin qurumun balansındadır”.

Qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsindən “ATV Xəbər”ə bildirildi ki, yaşayış kompleksində qurulan qazanxanaların istismara hazırlıq aktı Azəristiliktəchizat və digər qurumların nümayəndələri tərəfindən imzalanıb. Dövlət Komitəsinin müraciətlərinə baxmayaraq, qazanxanalar müvafiq qaydada balansa götürülməyib. Aidiyyəti quruma qəsəbədə sayğacların quraşdırılması üçün edilən müraciətlər də nəticəsiz qalıb. Buna baxmayaraq məsələ Qaçqınkomun diqqətindədi. Həlli istiqamətində lazımi addımlar atılır.



Xəbər 2443 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.09.2025  16:18 

Eyfel qülləsi bağlanıb

18.09.2025  13:02 

Prezident Marta Kosu qəbul edib

18.09.2025  10:15 

“Netflix“ Bakıya gəlir


BÜTÜN XƏBƏRLƏR +