Ötən il yetkinlik yaşına çatmayan neçə nəfər abort etdirib?
Türkiyə və Suriya hərbi əməkdaşlıq haqqında saziş imzaladı
Ana ağlayan körpəsinə narkotik vurub öldürdü
İlhamə Elşadqızı yenə həbsdə qaldı
Stomatoloqun fırıldağı ifşa olundu
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi
Nəcməddin Sadıkov Türkiyədə dindirilibmiş
Sabah hava yağışlı olacaq
İş adamı Süleyman Babayev həbs edilib
Biz İran kimi sarsaq deyilik ki... - O boyda Amerikaya kəllə ataq


08.08.2025  14:49 

Mərkəzdən Hövsana uzanan ölüm çökəkləri





A+  A-

Bu ilin iyununda 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşdü. Bakının mərkəzi rayonunun mərkəzi küçəsində kanalizasiyaya düşən gəncin meyiti Hövsan qəsəbəsində kanalizasiya kollektorunda aşkarlandı.

Bütün ölkəni silkələyən bu faciəvi olayın üstündən 2 aya yaxın vaxt keçib, lakin hazırda Bakı şəhərinin küçələrində durum dəyişməyib. Yolların və səkilərin çökməsi adi haldır. Şəhərin müxtəlif ərazilərində asfalt örtüyündə yaranan çökmələr, kanalizasiya quyularının (lyukların) ətrafında baş verən dağılmalar piyadaların və sürücülərin hərəkətini ciddi şəkildə çətinləşdirir.



Ən təhlükəlisi isə odur ki, bu cür çökəklər piyadalar üçün real həyat təhlükəsi yaradır. Şahidi olduğumuz hadisələr zamanı bəzi vətəndaşların həmin açıq quyulara düşərək xəsarət alması, hətta həyatını itirməsi halları baş verir.

Məsələ ilə bağlı Musavat.com-a danışan memar Cahid Həsənov bildirib ki, yol və kanalizasiya sistemlərinin bir-biri ilə əlaqəsiz şəkildə qurulması bu problemin əsas səbəblərindəndir:

“Asfalt örtüyü kanalizasiya sisteminə uyğun çəkilmir. Asfalt çəkilir, amma kənar səkilərdə olan ötürücü sistemlərlə üst-üstə düşmür. Bu səbəbdən çöküntülər yaranır. İlk olaraq kanalizasiya qurğularını quran qurum və ya şirkət bu konstruksiyaları tam və düzgün şəkildə bərpa etməlidirlər. Bunun ardınca isə yol örtüyü çəkilməlidir”.

Memar qeyd edib ki, kanalizasiya sistemlərində istifadə olunan materialların özünəməxsus konstruksiyası və daşıma hesabı var. Lakin bu strukturlar köhnəldiyi üçün funksional qabiliyyətini itirib və bərpa olunmadan üzərinə sadəcə asfalt örtüyü çəkilir:

“Bu, vizual olaraq yaxşı görünsə də, tez bir zamanda çökməyə səbəb olur. Sovet dövründən qalan lyuklar hələ də istifadə olunur”.

Cahid Həsənov bildirib ki, Bakının bir çox nöqtəsində 20-30 il əvvəl, hətta sovet dövründə quraşdırılmış kanalizasiya lyukları bu günə qədər dəyişdirilmədən istifadə olunur:

“Konstruksiya olaraq daşıma qabiliyyəti zəifləmiş bu örtüklərin ətrafına sadəcə asfalt tökülməsi problemin həll olunması demək deyil. Bu işlər belə üsullarla aparıldıqda bir müddət sonra ətrafda çöküntülər yaranır. Sadəcə vizual gözəllik naminə aparılan təmir işləri ciddi fəsadlara yol açır”.

Mütəxəssisin fikrincə, bu problemi sistemli şəkildə həll etmək üçün Bakı şəhəri üzrə geniş monitorinqlər aparılmalı, istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan bütün ərazilər müəyyənləşdirilməlidir:

“Kanalizasiya sistemləri və yollar yeni konstruksiya hesabı ilə yenidən qurulmalıdır. Yalnız bundan sonra uzunmüddətli, dayanıqlı yol infrastrukturu formalaşdırmaq mümkün olacaq”.

Hazırda paytaxtın müxtəlif ərazilərində şahidi olduğumuz bu cür çökəklər və açıq lyuklar vətəndaşların gündəlik həyatında ciddi narahatlıqlara səbəb olmaqla yanaşı, həm də real təhlükə mənbəyinə çevrilməkdədir.



Xəbər 838 dəfə oxunub.



13.08.2025  13:45 

Sabah hava yağışlı olacaq

13.08.2025  13:15 

Məşhur tiktoker qəzaya düşdü

13.08.2025  12:40 

Prezident bu qanunu təsdiqlədi

13.08.2025  11:25 

İran ballistik raketlər atdı

13.08.2025  11:14 

Bəzi rayonlara leysan yağdı

13.08.2025  11:05 

Qadınlar da avtobus sürəcək

13.08.2025  10:46 

Qusarda ana doğuşdan sonra ölüb

13.08.2025  10:25 

Bu ölkələr İranı HƏDƏLƏDİ

13.08.2025  10:00 

Ukrayna Rusiyaya PUA hücumu etdi


BÜTÜN XƏBƏRLƏR +