Şirkətimin ofisində heç bir axtarış aparılmayıb - iş adamı
“Oleq Bakinski”yə HÖKM OXUNDU
Abşeronda yanğın oldu - Video
Allahverdi Yolçuyevin küçələrdə corab satması... - Açıqlama
Əsirlikdə işgəncələrə məruz qaldım - Məhkəmə
Pirşağı çimərliyində ölüm çuxurlarını kim qazdırır?
Sənəti küçəyə atılan məşhurlar...
Binanın altına vurulan beton yolu SIRADAN ÇIXARDI
Binəqədidə yaşayış binasını birə basdı
Sabah 40 dərəcə isti olacaq


02.02.2023  10:56 

Naxçıvanda həkimlər etiraz aksiyası keçiriblər





A+  A-

Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin həkimləri etiraz aksiyası keçiriblər.

Etiraza səbəb həkimlərə nəzərdə tutulan sığorta ödənişlərinin verilməməsi olub.

Nəticədə onlar xəstə qəbulunu dayandırıblar.

Həkimlər bildiriblər ki, son 2-3 ayda Diaqnostika Müalicə Mərkəzinin həkimləri 600 min manat dəyərində sığortalı xəstə qəbul ediblər. Lakin onlara icbari tibbi sığorta haqda qanununda göstərilən əlavə ödənişlər verilməyib.

Belə olacağı təqdirdə, həkimlər aksiyalarını növbəti günlər də davam etdirəcəklərini bildiriblər.

Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta işinin təşkili və qeydiyyat şöbəsinin müdiri Elnur İbrahimov bildirib ki, muxtar respublikada bütün səhiyyə ocaqlarına sığorta ödənişləri xidmətlər zərfinə uyğun olaraq hər ay tam şəkildə ödənilib.

Səhiyyə Nazirliyinin aparat rəhbəri Vüqar Babayev etirazın olduğunu təsdiq edib:

"Bəli, dünən həkimlərin bəziləri bu məsələ ilə bağlı etiraz ediblər. Onlarla artıq görüş keçirmişik. Diaqnostika Mərkəzi yenidən Səhiyyə Nazirliyinin balansına qaytarılır. Bununla əlaqədar olaraq orada təhvil-təslim işləri gedir. Bu məsələlər həll olunduqdan sonra həkimlərə qanuna uyğun olaraq əlavə ödənişlərin yerinə yetirilməsi təmin ediləcək"./APA

Xəbər 2409 dəfə oxunub.




25.07.2025  18:00 

“Oleq Bakinski”yə HÖKM OXUNDU

25.07.2025  17:08 

Prezident fərman imzaladı

25.07.2025  16:21 

Abşeronda yanğın oldu - Video

25.07.2025  13:08 

Sabah 40 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +