Moskvada azərbaycanlı “qanuni oğrular“ saxlanıldı
Türkmanlar bu qərara etiraz edir - Ekspert
Prezidentlər Xıdırlı kəndinin açılışında iştirak ediblər
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi keçiriləcək
Kanallar artıq pul qazana bilməyəcək
Stavropolda sakitlikdir, təxribat yoxdur...- Diaspora sədri
Rusiya ilə Azərbaycan arasında münaqişənin gərginləşməsi...
Sevgilisi ilə batan 20 yaşlı qızın meyiti tapılıb
Müəllim öz şagirdi olan qızı qaçırıb
FHN güclü küləklə əlaqədar əhaliyə müraciət etdi


23.02.2022  14:15 

Qoca maliyyə dahisinin daha bir planı: Azərbaycan və Türkiyənin dostunu hədəfə alır – TƏHLİL





A+  A-

Qoca və hiyləgər maliyyə dahisi Corc Soros özünü yeni seçkilərdə sınayacağının anonsunu verir. Yox, söhbət cənab Sorosun seçkilərdə qanuni iştirakından getmir, məsələnin qayəsi maliyyəçinin seçki prosesini öz xeyrinə dəyişməsi cəhdlərindən gedir.

Bu ilin aprelində Macarıstanda ümumxalq seçkiləri keçiriləcək, indi Soros vaxtilə buradan qovulduğunun acığını çıxmaq niyyətlərini dilə gətirir.

Macarıstan hökuməti bir neçə il öncə Sorosu miqrantların Avropaya yerləşdirilməsi üçün plan qurmaqda təqsirləndirirdi.

Macarıstanda Sorosun təsisçisi olduğu fondların və dəstəklədiyi qeyri-hökumət təşkilatlarının fəaliyyətlərini nəzarətə almaq, maliyyə dəstəklərini məhdudlaşdırmaq üçün “Sorosu dayandırın” adı verilən qanun mövcuddur.

Macarıstanın baş naziri Viktor Orban C.Sorosu tənqid edir, onu Macarıstan siyasətinə müdaxilədə, liberal müxalifətə rəhbərlikdə suçlayır.

Seçki prosesi ölkə üçün həssas nöqtələr yaradır, görünür ki, Soros bu nöqtələrə təmas etməklə yenidən Macarıstanı əlinin içinə almağa cəhd edir.

Soros onun fəaliyyətinə “nöqtə” qoyan Macarıstan hökumətini bağışlamır, çağırış edir ki, apreldə keçiriləcək seçkilərdə Macarıstan xalqı Viktor Obranı baş nazir kürsüsündən devirməlidir.

Soros şəxsi sərvətinin 32 milyard dollardan çoxunu “dünya işlərinə” xərcləyib, ən azından onun özünün rəsmi təqdimatında yer alan məlumatlarda bu haqda yazılıb.

Milyarder Soros 2019-2020-ci illərdə dünyadakı seçki nəticələrinə təsir etmək üçün demokratik qruplara 80 milyon dollar pul buraxıb.

İndi isə bu rəqəmin həcmi böyüyür, Soros 2022-ci ildə dünyadakı seçkilər və ondan sonrakı dövr üçün özünün kurasiyasında olan demokratik qruplara və “demokrat namizədlərə” kömək məqsədilə 125 milyon dollarlıq bir platforma qurur.

Macarıstan Azərbaycan və Türkiyə üçün də mühüm tərəfdaşdır və o, Türk Dövlətləri Təşkilatında müşahidəçi qismində təmsil olunur.

Soros Azərbaycanı da, Türkiyəni də hədəf alan fiqurantdır, ona görə də, Macarıstanda özünün zühurunu təmin etsə, bu, Bakı və Ankara ilə də münasibətlərə təsirsiz ötüşməyəcək.

Soros Çindəki hakimiyyəti də devirməyə çağırışlar edir, onun bu istiqamətdəki hədəqarışıq “demokratik” hayqırtıları sual yaradır: Antarktida və Avstraliya qitələrindən başqa digər qitələrdə özəkləri olan Soros həqiqətənmi xeyriyyəçidir?

Aqşin Kərimov

Xəbər 2981 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.07.2025  15:38 

Sadır Japarov Azərbaycana gəlib

03.07.2025  11:58 

Zaxarovadan SSRİ mesajı


BÜTÜN XƏBƏRLƏR +