Zelenski Ukraynada seçkilərdən danışıb
Rusiya ordusu Xersonu vurdu
Sabah hava necə olacaq?
Məşhur kosmetika mağazasında ƏDV fırıldağı
FTX məxfi sənədlər daşıyan azərbaycanlını sərhəddə saxladı
Yoxlanışa gələn hamilə Perinatal Mərkəzdə ölüb
Hüseyn Həsənovun Rusiyadakı şirkəti ləğv olundu
Bu ərazilər Azərbaycana qaytarılacaq – Paşinyan
Sumqayıtda silahlı insident yaşanıb
Rusiya Ukraynaya kütləvi aviazərbələr endirib


29.10.2018  15:49 

195 dövlət əmlakı hərraca çıxarılır





A+  A-

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) təşkil etdiyi növbəti özəlləşdirmə hərracı 27 noyabrda keçiriləcək.
Komitədən XəzərNews.az-a verilən məlumata görə, ayın son hərracında iştirak etmək istəyən şəxslərin 195 dövlət əmlakı üzrə seçim imkanları var. Bunlardan 91-i kiçik dövlət müəssisə və obyekti, 42-si qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyəti, 42-si isə nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 4 kv.m ilə 2095 kv.m aralığındadır. Bu kateqoriyadan olan dövlət əmlakları ölkənin müxtəlif şəhər və rayonlarında yerləşir. Gəncə şəhəri, Kəpəz rayonundakı iki mərtəbəli istehsal sexinin ümumi faydalı sahəsi 1160.8 kv.m-dir. Uğurlu biznes üçün uyğun olan digər bir obyekt isə Goranboy rayonu, Şəfikürd kəndində yerləşən tikiş fabrikidir. Ümumi faydalı sahəsi 660.2 kv.m olan dövlət əmlakı torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılıb. Adıçəkilən obyektin fəaliyyətinin bərpası müvafiq sahə üzrə daxili tələbatın ödənilməsinə şərait yarada bilər.

Biznesə başlamaq istəyənlər üçün maraqlı ola biləcək qeyri-yaşayış sahələrindən 25-i Bakıda, qalanları isə digər şəhər və rayonlarda yerləşir. Özəlləşdirməyə çıxarılan bu dövlət əmlaklarının ümumi faydalı sahəsi 11,9 kv.m ilə 213,7 kv.m arasındadır. Yasamal rayonu, İ.Qutqaşınlı küçəsindəki dövlət əmlakının ümumi faydalı sahəsi 101.5 kv.m-dir. Belə obyektlərin özəlləşdirilməsi və sonrakı fəaliyyəti ilə investorlar xidmət sahəsində yüksək qazanc əldə edə bilər.

Özəlləşdirməyə açıq elan edilən səhmdar cəmiyyətləri kəndkimya, nəqliyyat, təmir, istehsal və digər sahələrə aiddir. Belə dövlət əmlakları paytaxtla yanaşı, Ağcabədi, Şirvan, Kürdəmir kimi şəhər və rayonlarda yerləşir. Hərraca çıxarılan nəqliyyat vasitələri isə MAN LİON, Nissan, QAZ və Tofaş markalarındandır. Bu avtomobillərin istehsal tarixləri 1983-2009-cu il intervalındadır.

İştirak etmək üçün elektron formada 2 sadə prosedur kifayət edir ki, müraciət edən sifarişçiyə çevrilsin. Belə ki, investor və vətəndaşlar Özəlləşdirmə portalında (privatization.az) seçim etdikdən sonra dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyərək hərracda iştirak hüququnu qazanır. Təyin olunan vaxtda istər sifarişçilər, istərsə də ziyarətçilər hərracın gedişini canlı və onlayn formada izləyə bilir.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmə hərraclarında fəal iştirak etməyə dəvət edir.

Xəbər 3177 dəfə oxunub.




21.08.2025  13:51 

Rusiya ordusu Xersonu vurdu

21.08.2025  13:26 

Sabah hava necə olacaq?

21.08.2025  11:43 

Narkotik qəbul edib qəza törətdi

21.08.2025  10:39 

Bu ərazidə işıq olmayacaq

20.08.2025  16:16 

“Respublika” qəzeti bağlandı


BÜTÜN XƏBƏRLƏR +