Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi
Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama
ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Cinayətkar kimdirsə, cəzasını alacaq... - Mehdiyevin əsas adamı


17.10.2025  15:09 

Bakı Prosesi fərqli dini, etnik və siyasi - Nazir





A+  A-

Mədəniyyət dəyərlərinin zənginliyindən və təsir gücündən bu gün dövlət idarəçiliyində, ictimai münasibətlərdə və beynəlxalq əlaqələrdə geniş istifadə olunur. Qeyd etmək lazımdır ki, mədəniyyət və mədəni dəyərlər Azərbaycan dövlətinin formalaşmasında və inkişafında əsas rol oynayıb.

XəzərNews.az xəbər verir ki, bu sözləri mədəniyyət naziri Adil Kərimli Bakıda keçirilən ICAPP Asiya Mədəniyyət Şurasının 4-cü iclasında söyləyib.

O bildirib ki, Azərbaycan həm milli mədəniyyətini qoruyur, həm də müasir qlobal mədəni proseslərin fəal iştirakçısına çevrilir, multikulturalizmin inkişafını təmin edir.

Nazir əlavə edib ki, dövlətimizin başçısının təşəbbüsü ilə 2008-ci ildə təsis edilmiş Bakı Prosesi bu yanaşmanın praktik nümunəsidir. BMT, UNESCO, ISESCO və digər beynəlxalq təşkilatlar tərəfindən mədəniyyət sahəsində əsas dialoq platforması kimi tanınan Bakı Prosesi çərçivəsində keçirilən forumlar müxtəlif ölkələrdən rəsmi nümayəndələri bir araya gətirir. Bakı Prosesi fərqli dini, etnik və siyasi mənsubiyyətə malik icmaları dialoq və əməkdaşlıq müstəvisində birləşdirir.

Xəbər 4613 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +