Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi
Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama
ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Cinayətkar kimdirsə, cəzasını alacaq... - Mehdiyevin əsas adamı


12.08.2023  09:31 

Bu məmurun ölkədən çıxışına qadağa qoyuldu





A+  A-

Səbail Rayon Mənzil Kommunal-Təsərrüfatı Birliyinin rəisi Elçin Həsənovun ölkədən çıxışı məhdudlaşdırılıb.

Bununla bağlı Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyeva 10 avqust 2023-cü il tarxidə qətnamə çıxarıb.

İşin detallarına gəlincə, Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 85 125,53 manat vergi borcu olub. Qurum borcu ödəmədiyinə görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edib. Hakim ərizəni təmin edərək borcun tam ödənilədək Elçin Həsənovun ölkədən çıxışının məhdudlaşdırılması barədə qətnamə çıxarıb.

Araşdırmalarımız zamanı məlum olub ki, hazırda Birliyin 286 030,17 manat vergi borcu var.

Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi Bakı Şəhər İcra Hakimiyyəti başçısının 9 fevral 1996-cı il tarixli, 200 saylı sərəncamı və Səbail Rayon İcra Hakimiyyəti başçısının 17 fevral 1996-cı il tarixli, 316 saylı sərəncamına əsasən yaradılıb.

Birlik tabeliyində 8 Mənzil-Kommunal İstismar Sahəsi, Nəqliyyat Sahəsi və Qəza xidməti sahəsinin rəhbərlik orqanı kimi, hüquqi şəxs hüquqlarından istifadə edir, müstəqil balansa, bank hesablarına və digər hesablara malik olub, qismən büdcədən maliyyələşdirilməklə, təsərrüfat hesabı əsasında fəaliyyət göstərir, öz işində Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə və Səbail Rayon İcra Hakimiyyətinə tabedir. Qaynarinfo

Xəbər 2691 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +