Səbaildə qəzalı bina təhlükə saçır, qurumlar susur - Foto
Poliklinika var, amma rentgen aparatı işləmir
Toyuna sayılı günlər qalırdı... - Meyiti tapıldı
Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi
Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı


22.12.2021  17:24 

“Aldığım məvacib və pensiya bizə artıqlaması ilə bəs edir“ - Sabiq nazir iddialı danışdı





A+  A-

“Mən və mənim böyüdüyüm ailədə rüşvətə həmişə pis baxılıb. Heç kəs, heç bir zaman deyə bilməz ki, mən Misir Mərdanova filan vaxtı, filan şey vermişəm”.

XəzərNews.az xəbər verir ki, bu sözləri Sabiq təhsil naziri, Mexanika və Riyaziyyat İnstitutunun direktoru, professor Misir Mərdanov “Qafqazinfo”ya verdiyi müsahibədə deyib. O, heç bir zaman var-dövlətlə öyünmədiyini də bildirib:

“Mənim əməyimi dövlətin başçıları da qiymətləndirib və o qiymətə layiq olmağa çalışmışam. 76 yaşa çatmışam. Uşaqlarım böyükdür, hərəsinin öz ailəsi var. Yüksək pensiya alıram. İnstitutda direktor işləyirəm. Aldığım məvacib və pensiya həyat yoldaşımla birgə bizə artıqlaması ilə bəs edir. Nə ehtiyac var ki, kiminsə yanında gözükölgəli olum?! Mən instituta gələndən burada keçmişdə olan neqativ halların qarşısını da almışam. Bir adam gəlib deyə bilməz ki, Misir müəllim bura gələndən sonra hansısa mənfi hal baş verib. Mən həmişə var-dövlətlə öyünən adamlara pis baxmışam”.


Xəbər 3091 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +