Kanada Netanyahunu həbs edəcək
Prezidentlərin təkbətək görüşü olub
İsa Həbibbəylidən qızı ilə bağlı açıqlama
Makron Tramp-Putin görüşünü alqışlayır, amma...
PUA-lar Rostovu vurdu
Mərhum nazirin ailəsinə ağır itki üz verib
Akademikin qızının 1 milyon avrosu ələ keçirilib?
Səbaildə qəzalı bina təhlükə saçır, qurumlar susur - Foto
Poliklinika var, amma rentgen aparatı işləmir
Toyuna sayılı günlər qalırdı... - Meyiti tapıldı


25.07.2017  15:48 

Mustafa Ceceli Şəmkirə toya gəlir - 30 minə





A+  A-

Türkiyənin məşhur müğənnisi Mustafa Ceceli yenidən Azərbaycanda qonaq olacaq.
XəzərNews.az Primetime.az-a istinadən xəbər verir ki, bu yaxınlarda ikinci dəfə ailə qurması ilə gündəmə gələn sənətçinin ölkəmizə gəlmə səbəbi toylardan birində iştirak etməsidir. Belə ki, M.Ceceli paytaxtda yerləşən ticarət mərkəzi "Metropark"ın sahibinin qardaşı qızının 30 iyul tarixində Şəmkirdə baş tutacaq toyunda çıxış edəcək.

Əldə etdiyimiz məlumata görə, Ceceli Şəmkirə orkestri ilə birgə gəlir. Onun toydakı çıxışının qiyməti təxminən 30 min avrodur. Şəmkirin Şiştəpə kəndində keçiriləcək toyun idarə olunması müğənni Nuri Sərinləndiriciyə həvalə olunub.

N.Sərinləndirici isə sözügedən toydan 18 min dollar qazanacaq.

Qeyd edək ki, ölkədə keçirilən dəbdəbəli və ən bahalı toyların məkanı məhz Şəmkirin Şiştəpə kəndidir. Belə ki, bu günlərdə orada Rusiyada fəaliyyət göstərən iş adamının oğlunun 4 gün, 4 gecə toy mərasimi keçirilib.

Murad Arif və Vəfa Zeynalovanın aparıcısı olduğu məclisdə Türkiyənin məşhur sənətçisi Kibariye çıxış edib. O, bu toydan 15 min dollar qonorar əldə edib.

Xəbər 3066 dəfə oxunub.




21.10.2025  11:57 

Kanada Netanyahunu həbs edəcək

21.10.2025  11:11 

PUA-lar Rostovu vurdu


BÜTÜN XƏBƏRLƏR +