Makron Tramp-Putin görüşünü alqışlayır, amma...
PUA-lar Rostovu vurdu
Mərhum nazirin ailəsinə ağır itki üz verib
Akademikin qızının 1 milyon avrosu ələ keçirilib?
Səbaildə qəzalı bina təhlükə saçır, qurumlar susur - Foto
Poliklinika var, amma rentgen aparatı işləmir
Toyuna sayılı günlər qalırdı... - Meyiti tapıldı
Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi


22.08.2025  12:24 

Bu nəticələr adamı dəhşətə gətirir - Sabiq deputat





A+  A-

Ölkədə riyaziyyat, fizika və kimya fənlərinin tədrisi nə üçün belə biabırçı vəziyyətə düşüb? Bu fənlərdən hətta 300 bala yaxın göstəricini belə nəzərə alsaq, funksional savadsızlığa dəlalət edir.

XəzərNews.az xəbər verir ki, bu fikirləri sabiq deputat, təhsil ezrə ekspert Etibar Əliyev bildirib.

O qeyd edib ki, I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında abituriyentlərin nəticələri adamı dəhşətə gətirir:

“İmtahanda 31167 abituriyent iştirak edib. Riyaziyyat-kimya alt qrupu üzrə 6 863 nəfər 200 baldan yuxarı nəticə göstərib.

Riyaziyyat-informatika alt qrupu üzrə 6848 abituriyent 200 baldan yuxarı nəticə göstərib.

Sual verirəm. Ölkədə riyaziyyat, fizika və kimya fənlərinin tədrisi nə üçün belə biabırçı vəziyyətə düşüb? Bu fənlərdən hətta 300 bala yaxın göstəricini belə nəzəra alsaq, funksional savadsızlığa dəlalət edir… Nəzərə alaq ki, I ixtisas qrupu üzrə buraxılış imtahanlarında riyaziyyatdan 100 bal, qəbul imtahanında isə 150 bal toplamaq mümkündür.

Bu faktor özünü 2025-ci ildə Avstraliyada keçirilən 66-cı Beynəlxalq riyaziyyat olimpiadasında şagirdlərimizin medal qazana bilməməsində əyani olaraq sübut etmişdi. Qonşu ölkələrə baxanda adam xəcalət çəkir”.

Xəbər 3635 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.10.2025  11:11 

PUA-lar Rostovu vurdu


BÜTÜN XƏBƏRLƏR +