Rusiya Ukraynaya yüzlərlə meyit qaytardı
Mourinyo rəsmən “Benfika”ya gəldi
“Papa Johns“dan “papadias” aldı, içindən görün nə çıxdı?
Hökmran mövqe verilməsi yolverilməzdir - Ekspert
“Parkovşik“ işləyən futbolçu...
TDT-yə sədrlik Qırğızıstandan Azərbaycana keçəcək
Jurnalist: “Prezident şəxsən səhhətimlə maraqlandı”
Gəncə və Göygöldə nöqsanlar aşkarladı
Şeydayev yenidən “Qarabağ“da - Foto
Paşinyan erməni əsirlərdən danışdı: Hər gün işləyirik


30.06.2017  15:58 

Bu ərazilərdə reklam üçün icazə alınacaq





A+  A-

İyunun 30-da Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclasında “Reklam haqqında” Qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə olunub.
XəzərNews.az xəbər verir ki, iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsi barədə məlumat verib. Dəyişikliyə görə, açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin bir ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Qanun ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə verilərkən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum reklama dair texniki şərtlər pasportunu hazırlayaraq reklam yayıcısına təqdim edir və reklam yayıcısı ilə icazə müqaviləsini bağlayır. İcazə müqaviləsi bağlanılmadıqda, açıq məkanda reklam yerləşdirmək üçün verilmiş icazə və texniki şərtlər pasportu hüquqi nəticələr yaratmır.

Açıq məkanda reklam avtomobil yollarının torpaq sahəsində, kənd, qəsəbə və digər yaşayış məntəqələrində olan reklam daşıyıcıları üzərində yerləşdirilir. Açıq məkanda ölçülərindən asılı olmayaraq reklam daşıyıcılarının tikintisinə, quraşdırılmasına, onlara kontruktiv dəyişikliklərin edilməsinə icazəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum verir.

Açıq məkanda reklam yerləşdirilməsinə icazənin verilməsi və bu sahədə nəzarətin keçirilməsi qaydasını, həmçinin icazənin və reklama dair texniki şərtlər pasportunun formasını, icazə müqaviləsinin formasını və bağlanılma qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Açıq məkanda reklam yerləşdirilmısinə icazə almaq üçün reklam yayıcısı, həmçinin reklam yerləşdiriləcək reklam daşıyıcısının sahibi və ya reklam daşıyıcısının yerləşdiriləcəyi daşınmaz əmlakın mülkiyyətçisi ilə (və ya onlar barədə Sərəncam vermək hüququ olan şəxslə) müqavilə bağlamalıdır.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.


Xəbər 3248 dəfə oxunub.




18.09.2025  16:18 

Eyfel qülləsi bağlanıb

18.09.2025  13:02 

Prezident Marta Kosu qəbul edib

18.09.2025  10:15 

“Netflix“ Bakıya gəlir

17.09.2025  17:57 

Hərbçimiz qəzada həlak olub


BÜTÜN XƏBƏRLƏR +