“Baku Electronics”in fırıldağı - Müştəriyə işlənmiş kondisioner satılıb
İcra başçısının adından dələduzluq
Bolt-un kuryeri müştərini təqib etdi - Cəza verildi
“Aeroflot“dan sonra hakerlər Rusiyanın iki iri aptek şəbəkəsini çökürtdü
Türkiyə-Pakistan ittifaqı İslam Dünyasını xilas edəcək?
Məhkəmənin qərarına hörmətsizlik edən şəxs kimə arxayındır? - Fotolar
“Mən cəsus deyiləm, sadəcə...” — Eks-deputat DANIŞDI
İran Rusiyanın düşmənidir, yoxsa müttəfiqi? - ŞƏRH
Körpələrin zirzəmiyə salındığı bağça nəzarətə götürüldü
Büdcəyə 14320 manat ziyan vuran direktor həbs edilmədi


03.03.2020  09:38 

9-cuların buraxılış imtahanı təxirə salındı





A+  A-

Dövlət İmtahan Mərkəzi bir neçə rayonda keçiriləcəyi planlaşdırılan buraxılış imtahanını təxirə salıb.
XəzərNews.az xəbər verir ki, 9 mart 2020-ci il tarixində Gəncə, Lənkəran, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağstafa, Ağsu, Bərdə, Biləsuvar, Göygöl, İmişli, Kürdəmir, Lerik, Oğuz, Qazax, Qəbələ, Saatlı, Sabirabad, Samux, Şabran, Şamaxı, Tərtər, Tovuz, Xaçmaz, Yevlax, Zərdab rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsinin keçirilməsi nəzərdə tutulub.

Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlərə uyğun olaraq yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə qeyd olunan tarixdə keçirilməsi planlaşdırılan imtahan təxirə salınıb.

Xəbər 3397 dəfə oxunub.




29.07.2025  18:24 

İlkin siyahı müəyyən olundu

29.07.2025  17:33 

Dərmanlar bahalaşacaq - SƏBƏB

29.07.2025  16:40 

6-cı cinayətindən bəraət aldı

29.07.2025  15:08 

Bu şəxslərə vəzifə verildi

29.07.2025  12:59 

Sabah 41 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +