“Sədərək”də yanğın oldu
Məsud Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi
Masazırda yol çökdü
41 bağça müdirinin işinə son verilib
Bu dəfə dələduzların hədəfi məşhurlar oldu
Azərbaycanda istilik tarifləri ARTIRILDI
“Melissa Park“dan daha bir NARAZILIQ
“Susuzluqdan çox əziyyət çəkirik, belə yaşaya bilmirik” - VİDEO
Şahin Şıxlinski axtarışa verildi
Kredit mütəxəssisi ailə üzvlərinin adına kredit ayırıbmış


10.05.2018  15:19 

Səlim Müslümovun yüksək vəzifəli qohumları da işdən çıxarılır - ADLAR





A+  A-

Xəbər verdiyimiz kimi, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mayın 8-də nazirlikdə ilk kadr dəyişikliyini həyata keçirib.
XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı Mia.az saytı yayıb. Bildirilib ki, nazirin əmri ilə aparat rəhbəri Əjdər Cəbiyev, Daxili nəzarət şöbəsinin müdiri Soltan Hacıyev, Kadr və kadr hazırlığı şöbəsinin müdiri Qurbanəli Əsədov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev artıq işdən çıxarılıblar:

"Vəzifədən çıxarılan mətbuat katibi Elman Babayevin vəzifəsi müvəqqəti olaraq şöbənin sektor müdiri Pərviz Cəfərova, digər vəzifədən çxıarılanların səlahiyyətləri isə müavinlərinə həvalə olunub”.

Məlumata görə, yaxın günlərdə nazirlikdə növbəti dəyişikliklər olacaq:

"Bu dəyişikliklər zamanı isə nazirliyin iqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərova, Dövlət Əmək Müfəttişliyi xidmətinin rəisi Fuad Əlizadə (Səlim Müslümovun dayısının kürəkəni), həmçinin Dövlət Sosial Müdafiəsi Fondunun sədri, 4 ildir hər il yenilən müavilə ilə vəzifəsi uzadılan 67 yaşlı Zakir Babayev, həmin fondun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin rəisi, Səlim Müslümovun qaynı Ağalar Xasayev, Suraxanı şöbəsinin müdiri Şahalı Cəbiyev (Keçmiş aparat rəhbəri əjdər Cəbiyevin qardaşı), həmçinin nazirliyin Nəsimi rayon social müdafiəsi mərkəzinin rəhbəri Əsgər Əsgərov (Səlim Müslümovun bacısının həyat yoldaşı) və digər vəzifəli şəxslərin işdən çıxarılması gözlənilir”.

Məlumata görə, səlim Müslümov və digər vəzifəli şəxslərin bu nazirlikdə qohum-əqrabası, dost-tanışları çoxdur və onların qısa zamanda, vəzifələrən kənarlaşdırılması gündəmdədir.

Məlumata görə, yeni nazir Sahil Babayev hələlik işdən çxıarılanların yerinə təyinat da aparmayıb. Güman olunur ki, çox yaxın günlərdə bu istiqamətdə də addımlar atılacaq.

Xəbər 3243 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.07.2025  18:20 

“Sədərək”də yanğın oldu

30.07.2025  16:42 

Masazırda yol çökdü

30.07.2025  15:53 

Prezident 10,5 milyon manat ayırdı

30.07.2025  12:42 

Şıxlinskinin oğlu həbsdə qaldı

30.07.2025  12:33 

DSX-dən narkotik əməliyyatı

30.07.2025  11:11 

Sərxoş kişi Kür çayında batdı


BÜTÜN XƏBƏRLƏR +