ABŞ Rusiya, Çin və İrana qarşı olan layihədən çıxır?
Zelenski: Putin hazırda zəif vəziyyətdədir
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü
İçkili halda uşaq doğan ana onu pəncərədən küçəyə atdı
Xəstənin 40 minini alıb, tort kəsib lağa qoydular
Evlərdən oğurluq edən şəxslər saxlanıldı
Sumqayıt-Bakı istiqamətində yol 1 saat bağlı olub
Sərnişinlər 17 nömrəli avtobusdan pulsuz istifadə etdilər
Etirazçılar prezidentin iqamətgahını yandırdılar
Evlərdən oğurluq edən şəxslər saxlanıldı


12.09.2017  10:58 

Bələdiyyə sədri cərimə olundu





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən nəzarət etdikləri inzibati ərazilərdə (Cəlilabad, Masallı, Lənkəran, Lerik, Astara) ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.
Nazirliyin mətbuat xidmətindən XəzərNews.az-a daxil olan xəbərə görə, reyd zamanı Cəlilabad rayonu Seyidbazar bələdiyyəsi ərazisində məişət tullantılarının mövcud qanunvericiliyə uyğun qaydada idarə olunmadığı, daşınmadığı və bununla bağlı verilmiş icrası məcburi olan müddətli “məcburi göstəriş”in tələblərinin yerinə yetirilmədiyi aşkar edilib.

Faktla bağlı sözügeden ərazidə tullantıların idarə olunmasına cavabdeh olan Seyidbazar bələdiyyəsinin sədri İnqilab Abdiyev barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində inzibati qaydada 3000 manat məbləğində cərimə edilib.



Xəbər 3051 dəfə oxunub.




08.09.2025  16:38 

Prezident fərman imzaladı

08.09.2025  14:38 

Laçında traktor dərəyə aşıb


BÜTÜN XƏBƏRLƏR +