Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb


27.08.2025  11:37 

30 il əvvəl törədilən qətlin üstü açıldı - Azərbaycanda





A+  A-

Azərbaycan Baş Prokurorluğu 30 il əvvəl öldürülənin şəxsiyyətinin müəyyən edilməsinə dəstək göstərməsi üçün ictimaiyyətə müraciət edib.

XəzərNews.az Baş Prokurorluğa istinadla xəbər verir ki, hazırda iş üzrə zərərçəkmişin şəxsiyyətinin müəyyənləşdirilməsi zərurəti yaranıb:

"Bakı şəhərinin Suraxanı rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşlarının peşəkarlıqla həyata keçirdiyi birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 30 il əvvəl, paytaxtın hava limanından taksi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən müştəri qismində götürülmüş kişinin quldurluqla əlaqədar kəsiçi-deşici alətlə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində qəsdən öldürülməsi cinayətinin üstü açılmaqla, təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb olunması təmin edilib".

Məlumata əsasən, bununla əlaqədar, Azərbaycan Baş Prokurorluğu zərərçəkmişin şəxsiyyətinin müəyyən edilməsinə dəstək göstərməsi üçün ictimaiyyətə müraciət edir:

"Zərərçəkmiş şəxsin fərdi əlamətlərinə gəldikdə isə doğum ili: 1955-1970-ci illər aralığında, boyu təxminən 175 sm, sol dirsək oynağının ön səthində çapıq izləri, sol saidin yuxarı və orta 1/3 hissəsinin ön səthində 11 ədəd köhnə, kənarları hamar çapıqlanmış toxuma izləri, 1995-ci ilin aprel-may aylarında xarici ölkədən (əsasən MDB dövlətləri, o cümlədən Rusiya Federasiyası) hava yolu ilə ölkəyə qayıdıb və həmin dövrdən etibarən itkin düşüb, MDB dövlətlərində, o cümlədən Rusiyada daimi və ya müvəqqəti yaşayıb və yaxud işləyib.

Bildirilib ki, bu xüsusiyyətlərə uyğun olan və ya belə bir şəxs barədə məlumatı olan şəxslərdən xahiş olunur ki, Bakı şəhər prokurorluğu və ya Suraxanı rayon prokurorluğuna aşağıdakı telefon nömrələri vasitəsilə məlumat versinlər:

-(+994 12) 361 04 06
-(+994 12) 361 04 09
-(+994 12) 361 02 51

Xəbər 1926 dəfə oxunub.




05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +