Zelenski Ukraynada seçkilərdən danışıb
Rusiya ordusu Xersonu vurdu
Sabah hava necə olacaq?
Məşhur kosmetika mağazasında ƏDV fırıldağı
FTX məxfi sənədlər daşıyan azərbaycanlını sərhəddə saxladı
Yoxlanışa gələn hamilə Perinatal Mərkəzdə ölüb
Hüseyn Həsənovun Rusiyadakı şirkəti ləğv olundu
Bu ərazilər Azərbaycana qaytarılacaq – Paşinyan
Sumqayıtda silahlı insident yaşanıb
Rusiya Ukraynaya kütləvi aviazərbələr endirib


22.04.2025  14:05 

Ölkənin ən işıqlı gəncini ölümə necə sürüklədilər?





A+  A-

Xəbər verdiyimiz kimi, Naxçıvanda xidmət yerindən itkin düşdükdən iki gün sonra nəşi tapılan əsgər Ceyhun Hüseynovun komandiri və tibb xidmət rəisi 4 ilə kimi azadlıqdan məhrum ediliblər. Onlar əsgərin ölümü ilə bağlı vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinib.

Hadisədən dərhal sonra Baş Prokurorluq Naxçıvan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (ağırlaşdırıcı hallarda qəsdən adamöldürmə) maddəsi ilə cinayət işinin başlanıldığı ilə bağlı məlumat yaymışdı. Hadisənin necə və hansı şəraitdə törədildiyi isə məlum deyildi.

“Qafqazinfo”nun istintaq materiallarından əldə etdiyi məlumata görə, tibbi ekspertlərin rəyində Ceyhunun özünü xidməti silahı ilə öldürdüyü yazılıb. Bununla bağlı yekun rəy də məhkəməyə təqdim edilib. Tibbi sənəddə qeyd olunur ki, əsgər səhər saat 05:30 radələrində baş nahiyəsinə avtomat silahla atəş açıb, aldığı xəsarətlərdən həyatını itirib.

Mərhum əsgərin mühakimə edilən komandiri, polkovnik Samir Həziyev və tibb xidməti rəisi Aydın Quliyev məhkəmədə özlərini təqsirli bilməyiblər. Komandir əsgərin özünü öldürməsinə də şübhə ilə yanaşıb, onun düşmən tərəfindən vurula biləcəyini deyib.

Onlara verilmiş ittihamda yazılır ki, hadisə baş verməzdən əvvəlki günlərdə əsgərin psixoloji vəziyyəti normal olmayıb. Əvvəlki həkim rəyləri də bunu təsdiq edib. Lakin komandir yenə də onu düşmən mövqeyinə posta göndərib, tibb xidməti rəisi də Ceyhunun psixi vəziyyəti ilə bağlı hər hansı məruzə etməyib. Bu hərəkətləri ilə onlar vəzifə səlahiyyətlərini aşıblar.

Məhkəmənin hökmü ilə ittiham əsaslı hesab edilib. Samir Həziyev 4, Aydın Quliyev isə 3 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 1999-cu il təvəllüdlü Ceyhun Hüseynov ölkənin ən savadlı gənclərindən biri olub. Belə ki, o, 2016-cı ildə Akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla bitirib. Həmin il 627 balla ADA Universitetinin Beynəlxalq münasibətlər ixtisasına daxil olan Ceyhun daha sonra Yaponiyada mübadilə proqramı çərçivəsində təhsil alaraq yüksək göstərici ilə məzun olub. Magistr dərəcəsini Təl-Əvivdə alan Ceyhun vətənə qayıtdıqdan sonra hərbi xidmətə yollanıb.

Xəbər 3168 dəfə oxunub.




21.08.2025  13:51 

Rusiya ordusu Xersonu vurdu

21.08.2025  13:26 

Sabah hava necə olacaq?

21.08.2025  11:43 

Narkotik qəbul edib qəza törətdi

21.08.2025  10:39 

Bu ərazidə işıq olmayacaq

20.08.2025  16:16 

“Respublika” qəzeti bağlandı


BÜTÜN XƏBƏRLƏR +