Hava limanında yanğın
Maşın kanala aşdı: 5 nəfər...
Bakının mərkəzində söküntü - VİDEO
Prezident Ramiz Mehdiyevlə bağlı qərar verdi - Fərman
ABB maşınlarını satır?
Ramiz Mehdiyevin vəzifədə olan qohumları – SİYAHI
DİN: Bir gündə 34 cinayətin üstü açılıb
Qızı da atası kimi adını villasına həkk etdirib - Foto
Arabaçının adına 5 şirkət var, 54 min 441 manat da...
Arvadının saçını yolan FHN işçisi həbs edilib


20.08.2025  10:05 

TEKNOFEST Mavi Vatan Ziyarətçi qeydiyyatı başladı!





A+  A-

30-31 avqust tarixlərində İstanbul Tersanesi Komutanlığında baş tutacaq tədbirdə dənizçilik ruhunu yaxından kəşf etmə fürsəti sizi gözləyir.

XəzərNews.az xəbər verir ki, Milli Texnologiya Hərəkatı vizyonunun dənizlərdəki əksi olan “Mavi Vətən” mövzusu ilə TEKNOFEST 2025 çərçivəsində təşkil olunacaq. İştirak tamamilə pulsuzdur! TEKNOFEST Mavi Vətən-də yerinizi ayırmaq üçün dərhal onlayn qeydiyyatdan keçə bilərsiniz!
Dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST, Milli Texnologiya Hərəkatı vizyonunu qurudan sonra indi də dənizlərə daşıyır. “Mavi Vətən” mövzusu ilə təşkil olunacaq bu tədbir texnologiya və müdafiə sənayesi həvəskarlarını “Dənizçilik mərkəzində” bir araya gətirir. 30-31 avqust tarixlərində İstanbul Tersanesi Komutanlığında baş tutacaq TEKNOFEST Mavi Vatan, Türkiyənin dənizlərdəki gücünü və bu sahədəki qabaqcıl texnoloji qabiliyyətlərini gənclərlə tanış edərək dənizçilik mədəniyyətini gələcəyə daşıyacaq.
Dənizçilik və sualtı texnologiyalarına fokuslanan bu tədbirdə:
TEKNOFEST İstanbul çərçivəsində
İnsansız Sualtı Sistemləri Yarışı
Sualtı Raket Yarışı
İnsansız Dəniz Vasitəsi Yarışı keçiriləcək.
Bundan əlavə, “TEKNOFEST Mavi Vatan” çərçivəsində Türk donanmasının ən önəmli gəmiləri – TCG Anadolu, TCG İstanbul, TCG Burgazada, TCG Oruçreis, TCG Nusret, TCG Sakarya və TCG Hızırreis – sərgilənəcək.
Tədbirdə həmçinin:
* Dənizçilik mədəniyyətini yaşadan yarışmalar,
* Virtual reallıq eynəkləri ilə interaktiv oyun sahələri,
* SAT və SAS Komandanlığı tərəfindən keçiriləcək *xüsusi nümayişlər*,
* Dənizçilik tarixini əks etdirən *“Mavi Vətən Zaman Tuneli”*,
* Müxtəlif *konfrans və sərgilər* iştirakçılara *yaddaqalan anlar yaşadacaq.
Ziyarətçi qeydiyyatı başladı, iştirak tamamilə pulsuzdur!
*TEKNOFEST Mavi Vatan-a giriş üçün onlayn qeydiyyat mütləqdir. İştirak sayının məhdud olduğu tədbirdə hər ziyarətçi üçün ayrı bilet alınmalıdır. 7 yaşdan kiçik uşaqlar üçün qeydiyyat tələb olunmur.
Ziyarət saatları: 09:00 – 18:00 arasıdır.
Bundan başqa, *T3 Vəqfi və TEKNOFEST iştirakçısı olan gənc startapçılar* tərəfindən hazırlanan *yerli və milli sosial media platforması “Next Sosial”* istifadəçiləri, qeydiyyat zamanı telefon nömrəsi və ya e-poçt ünvanı “Next Sosial” hesabları ilə uyğun gəldiyi halda *üstünlükli giriş hüququ* qazanacaqlar.
Ziyarətlər gün ərzində 3 ayrı seans şəklində keçiriləcək:
1. Seans: 09:00 – 12:00
2. Seans: 12:00 – 15:00
3. Seans: 15:00 – 18:00
Hər ziyarətçi *yalnız bir seans üçün* giriş haqqı əldə edə bilər. Müəyyən edilmiş saatda tədbir sahəsinə daxil olanlar eyni gün digər seanslara qatıla bilməz.
Ziyarətçi qeydiyyatı və tədbirlə bağlı bütün detallara [www.teknofest.org]
(http://www.teknofest.org) saytından baxa bilərsiniz.



Xəbər 1275 dəfə oxunub.



18.10.2025  18:00 

Hava limanında yanğın

18.10.2025  15:47 

ABB maşınlarını satır?

17.10.2025  21:48 

Rusiyada güclü partlayış

17.10.2025  21:43 

Klub prezidenti öldürüldü -FOTO

17.10.2025  21:12 

İcra başçısı olacaq?

17.10.2025  21:07 

Evlərində axtarış aparılıb

17.10.2025  17:58 

Sabiq professor vəfat etdi -FOTO


BÜTÜN XƏBƏRLƏR +