Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü
Aktrisa toyda qonaqlarla dava edib
İlham Əliyev Paşinyanla görüşdü


11.04.2023  14:18 

Bakı yekə bir üstüaçıq dəlixananı xatırladır...





A+  A-

İnsanlarımızın mədəni səviyyəsi çox aşağıdır. O gün bir restoranda ofisiantlarla müştərilər arasında biabırçılığa şahid oldum. Utanıb yerə girdim. Hələ Allah qoymasa bəhs etdiyim restoran şəhərin “A kateqoriya” hesab olunan məkanlarından sayılır, müştərilər də “İftar süfrəsi”ndə cəm olmuşdular.

Eyni biabırçılığa dünən və srağagün getdiyim “1 saylı Şəhər Kliniki Xəstəxanası”nda (Semaşko) rast gəldim. Nə danışılasıdır, nə də yazılası, bildiyiniz rəzil-rüsvayçılıq.

Bayaq da böyük marketlərdən birində alış-veriş edirdim, satıcı alıcıya qarışdı, mühafizə kassirə, kassir də öz növbəsində hamıya, aldıqlarımı arabada qoyub başımı götürüb qaçdım.

Özümü qəti şəkildə ziyalı hesab etmirəm. Düzü, heç ziyalı da deyiləm. Amma bütün bunlar əməlli-başlı “SOS” siqnalıdır. Bunu başa düşməlidir az-çox şəxsiyyəti olan hər kəs, az-çox bu məmləkətə sevgisi olan hamı.

Cəmiyyətin sosioloqlara ehtiyacı var. Cəmiyyət xəstədir. Cəmiyyət məhv olub. Cəmiyyət yoxdur. Hökümət bunu bilməli, tədbir görməlidir.

Televiziyalar, radiolar, saytlar və sair cəmiyyətə nüfuz etmək iqtidarında olan bütün vasitələr (oxu - şəxslər) bunu şüurlu şəkildə idrak etməlidir.

Vəziyyət çox qəlizdir. Allaha and olsun, and olsun Allaha, bir azca həssas nəzərlərlə diqqət yetirsəniz, görərsiniz, Bakı yekə bir üstüaçıq dəlixananı xatırladır. Belə şəhər olmur. Belə cəmiyyət olmur. Bu gözəlim məmləkətə yazığınız gəlsin.

Axı biz bu yerlərə, bu göylərə Vətən deyirik, canımızdan, qanımızdan, atamızdan, balamızdan keçirik onun uğrunda, onun yolunda.

Yaxşı, məgər belə isə: Nəyin uğrunda? Kimin yolunda?

Şəhriyar Del Gərani

Xəbər 1088 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +