Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü
Aktrisa toyda qonaqlarla dava edib
İlham Əliyev Paşinyanla görüşdü


30.09.2017  13:14 

Ankarada Telman İsmayılova həbs sanksiyası





A+  A-

Türkiyədə olmadığı güman edilən azərbaycanlı oliqarx yaxın günlərdə axtarışa veriləcək; Rusiya prezidenti Ərdoğandan “AST-Telman”ı istəyə bilərdimi?..
Rusiyada sifarişli qətilərdə adı hallanan “AST” Şirkətlər Qrupunun sabiq prezidenti Telman İsmayılovun (“AST Telman”) həbsi gündəmə gəlib. Ötən həftə cinayət işi üzrə 15 il köməkçisi işləmiş Sergey Qavryuşinin T.İsmayılovun əleyhinə ifadəsinin açıqlanması tezliklə belə bir qərarın veriləcəyinə işarə idi. Təsadüfi deyil ki, Qavryuşinin ifadələrindən sonra T.İsmayılovun Moskvadakı evlərində axtarış aparılmasına qərar verilmişdi. Qavryuşin İsmayılov qardaşlarına “kölgələri” qədər yaxın olduğundan ondan heç nə gizlətməyiblər və qurduqları planlardan onun da xəbəri olub.

Qeyd edək ki, bundan əvvəl də İsmayılovların əleyhinə daha bir yaxın adamları-Rafiq İsmayılovun “sağ əli” hesab olunan Harri Boleçerkovski ifadə vermişdi. O da demişdi ki, sifarişli qətllər məhz 2000-2016-cı illərdə İsmayılov qardaşlarının iştirakı ilə törədilib. Bütün qətllər Moskvanın Şimal Administrativ Dairəsində ticarət obyektləri uğrunda aparılan kriminal müharibə ilə bağlı olub. Beloçerkovski biznesmen Andrey Lobanovun aradan götürülməsi söhbətinə şəxsən şahidlik etdiyini bildirib.

Sentyabrın 29-da"Rosbalt" agentliyi xəbər verir ki, Moskva vilayətindəki “Abramtsevo” bazarına nəzarət edən “Lyubertsı” mütəşəkkil cinayətkar qruplaşmasının avtoritetlərinin qətlə yetirilməsində “AST Telman”ın ailəsi şübhəli bilinir. Bunu agentliyə Rusiyanın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, T.İsmayılova məxsus “Çerkizov” bazarının bağlanmasından sonra onun ailə üzvləri ticarətlərini davam etdirmək üçün yeni obyektlər axtarıblar və Moskva vilayətindəki “Abramtsevo” bazarı onların diqqətini cəlb edib.

Bu bazar isə “Lyubertsı” mütəşəkkil cinayətkar qruplaşmasının avtoritetləri və onlara yaxın biznesmenlərin nəzarəti altında olub. Bu ərəfədə həmin qruplaşmaların liderləri bir-bir qətlə yetirilib. Şahidlərin istintaqa verdiyi ifadəyə əsasən, hücumların arxasında T.İsmayılovun ailəsinin dayandığını söyləməyə əsas var.

“İş üzrə yalnız Telman yox, həm də onun övladlarının adları hallanır. Hər şey tezliklə Telman İsmayılovun axtarışa veriləcəyinə doğru gedir”, - deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Yada salaq ki, “AST Telman”ın həbs edilən Rafiq İsmayılovdan başqa qardaşı- Vaqif İsmayılov da 2 nəfərin qətl işi üzrə əsas fiqurantdır. V.İsmayılov Rusiya DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş əməkdaşı hazırda axtarışdadır.

Rusiyada sıxışdırılandan sonra Türkiyəyə yerləşən “AST Telman”ın bu ölkəyə gəlməsinə hökumət o qədər də isti baxmırdı. Amma sonrada müəyyən razılaşmalar oldu və 2009-cu ilin 23 mayında Antalyada atasının adını daşıyan yeddi ulduz “Mardan Palace”nin açılışını etdi. 1 milyard dollara başa gələn “Mardan Palace” Avropada ən lüks hotel hesab olunurdu. 2013-cü ildə T.İsmayılov Türkiyə vətəndaşlığını almaq üçün rəsmi müraciət etmişdi. 2014-cü ildə dəyişikliklər edilən “Türk Vətəndaşlığı Qanunu” Türkiyəyə investisiya vəsaiti yatıran əcnəbilərin ölkə vətəndaşı olmasını asanlaşdırdı. Amma T.İsmayılovun Türkiyə vətəndaşlığı alıb-almadığı bilinmədi.

Borcları səbəbindən hotelinin indi kimə məxsus olduğu barədə dəqiq bilgi yoxdur. Eləcə də T.İsmayılovun harada olması barədə də. T.Ismayılovun yəhudi kökənli olduğu üçün Rusiyanı tərk etdikdən sonra İsrail vətəndaşlığı aldığı deyilir. İsraillə sıx bağlılığı səbəbindən onun hazırda da bu ölkədə olduğu güman edilir.

Bəzi mənbələr Rusiya prezidenti Vladimir Putinin və nümayəndə heyətinin Ankaraya srağagünkü səfərində “AST Telman” mövzusunun da gündəmə gəldiyini ehtimal edir. İddia olunur ki, birbaşa prezidentlər səviyyəsində olmasa da, Ankaradan onunla bağlı bilgi istənilsin.

Bəs, “AST Telman” özü haradadır? Yaxın günlərdə veriləcək həbs sanksiyası bu suala böyük ölçüdə aydınlıq gətirə bilir.

(musavat.com)

Xəbər 2048 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +