Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü
Aktrisa toyda qonaqlarla dava edib
İlham Əliyev Paşinyanla görüşdü


03.04.2017  16:03 

Harun Yahyanın Bakıdakı adamlarından ŞİKAYƏT olundu





A+  A-

Türkiyədə Harun Yahya ləqəbi ilə tanınan Adnan Oktarın Azərbaycandakı tərəfdarları barədə Azərbaycan prezidenti İlham Əliyevə şikayət edilib.
Hörmətli cənab Prezident, nəzərinizə çatdırmaq istəyirəm ki, 1925-ci ildə Evangelist-Provaslav dini zəminində Yaradılış Araşdırma İnstitutu Türkiyədə hal- hazırda Adnan Oktarın (digər adı Harun Yahyadır) idarə etdiyi Elm Araşdırma Vəqfini yaradıb.

Bu gün “Ağıllı dizayn” adı altında fəaliyyət göstərən bu qurumun ölkəmizdə təbliğatçısı Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi və bu qurumun başında duran ilahiyyatçı Ramiq Vəliyevdir. Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi qurulduğu 2007-ci ildən bəri bilinməyən maliyyə dəstəyi ilə ölkəmizdə müxtəlif konfranslar, sərgilər və seminarlar təşkil edir. Bu konfrans və sərgilərin təşkili, elmin, mədəniyyətin və mənəviyyatın ön plana çəkilməsi ilə bağlı olmayıb, Türkiyədə Bakırköy Ruh və Sinir Xəstəlikləri Xəstəxanasında 10 ay müalicə görmüş, dəfələrlə Türkiyədə bir çox dövlət məmurlarına qarşı şantajçılıq etmiş Adnan Oktar adlı bir şəxsin kitablarının və onun ideyalarının təbliğ edilməsi məqsədi güdülür.

Adnan Oktarın müridləri kimi tanınan ilahiyyatçı Ramiq Vəliyev və onun tərəfdaşları -Tural Vəlizadə, Ramil Rüstəmov, Xəyalə Səfərova, Nərmin Kərimzadə, Sahib Süleymanov, Vəfa Kərimzadə, Aysel Vəlizadə, Sevinc Haqverdizadə, Ləman Piriyeva, Elvin Pirquliyev saytlar və müxtəlif sosial şəbəkələr vasitəsilə, özünü dövrün “Mehdisi” adlandıran Adnan Oktarın dini görüşlərini təbliğ edirlər.

Həmçinin bu şəxslər ölkəmizin 25 yanvar 2001-ci ildən tamhüquqlu üzv olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 1580 saylı qətnaməsinin bir neçə, xüsusən 9 və 15.1-ci bəndini pozaraq, kreasionist ideyaları təbliğ edərək bilgisiz insanlara təsir göstərirlər.

Onlarda şübhə və çaşqınlıq yaradır və kreasionizmi elm adı ilə ictimai şüura aşılayırlar. gəncləri elm və təhsildən yayındırırlar. Həmin qətnamənin 17-ci bəndində göstəilir ki, əgər biz ehtiyatlı olmasaq, Avropa Şurasının təməlində dayanan dəyərlər kreasionist fundamentalistlər tərəfindən təhlükə altına alınacaq. AŞPA üzvlərinin vəzifələrindən biri də gec olmadan buna reaksiya verməkdir.

Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi tərəfindən Adnan Oktarın kreasionizmi təbliğ edən kitablarını insanlara ödənişsiz paylanması, ölkəmizdə onun fikirlərinin kütləviləşməsi, ilk növbədə təhsil sistemimiz üçün təhlükə mənbəyidir.

(modern.az)

Xəbər 1412 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +