Daha bir YAP-çı deputatın paylaşımı qalmaqal yaradıb
Xaricidə işə düzəltmək adı ilə dələduzluq...
İlham Əliyevin Serbiyaya səfəri gözlənilir
ABŞ kəşfiyyatı: Putin müharibəni dayandırmaq...
Pulu büdcədən 5 dəfə çox olan mer həbs olundu
Polşa Rusiya təyyarəsini havada ələ keçirdi
Toydan 1 gün sonra ölən gəlin 7 aylıq hamilə imiş
Babi Yar qətliamı... - Görün dünyada nələr olub?
Rusiyada azərbaycanlı iş adamı itkin düşüb
Direktorların vatsap qrupunda qalmaqal


23.10.2025  14:22 

Gürcüstan Azərbaycandan gedən qara işçi qüvvəsinin qarşısını necə alır?





A+  A-

Quru sərhədlərinin bağlı qalması Gürcüstanda yaşayan, oxuyan, işləmək üçün gedən Azərbaycan vətəndaşlarına əlavə problemlər yaradır.

Necə?

Bu ilin oktyabrın 1-də Gürcüstan Parlamenti "Miqrasiya haqqında" yeni qanun qəbul edib. Gürcüstan parlamenti 2025-ci ilin iyun ayında, və sonrakı aylarda, Law on Labour Migration (Əmək miqrasiyası haqqında qanun) və Law on the Legal Status of Aliens and Stateless Persons (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında qanun) qanununda geniş dəyişikliklər qəbul edib.

Bundan sonra xarici vətəndaşın Gürcüstanda işləməsi üçün sadəcə vizalı olması kifayət etməyəcək. Yeni qanuna görə ayrıca əmək fəaliyyəti üçün icazə (“work permit” və ya “right to engage in labour activity”) alması tələb olunacaq.

Eyni zamanda bu icazənin alınması ilə yanaşı, müvafiq yaşama icazəsi (residence permit) və ya D1 tipli viza kimi status da tələb olunacaq.

Qanun mərhələli şəkildə qüvvəyə minəcək. Misal üçün, 1 mart 2026-cı il tarixindən etibarən bu yeni sistemin əsas hissəsi qüvvəyə minəcək.

Yeni qanunda cəza və nəzarət mexanizmləri gücləndirilir. Bundan sonra icazəsiz işə görə həm işçi, həm də işəgötürən üçün ağır cərimələr nəzərdə tutulur.

Bütün bunlar da son zamanlar Azərbaycandan Gürcüstana gedən qara işçi qüvvəsinin artmasının qarşısını almaq üçün edilir. Son 2 ilin statistik məlumatlarına əsasən Azərbaycandan Gürcüstana tikinti, otel, aqrar sektorda işləməyə gedənlərin sayı 2 dəfədən çox artıb.

Sərhədlərin bağlı olması Azərbaycan vətəndaşları üçün ciddi problemlər yaradacaq. Çünki oturma izni (3 aylıq vizasız) bitdikdən sonra vətəndaşlarımız aşağı büdcə ilə Azərbaycana daxil olub yenidən Gürcüstana gedə bilmir. Nəticədə yeni qanunun tələblərinə görə cərimələnir və kütləvi olaraq deport edilirlər.

Bundan sonra Azərbaycan vətəndaşı Gürcüstanda işləmək istəyəcəksə, sadəcə tələbə vizası və ya yaşayış icazəsi kifayət etməyəcək. Yeni qanunla Azərbaycan vətəndaşının “right to engage in labour activity” (əmək fəaliyyəti ilə məşğul olmaq hüququ yaradan status) icazəsi olmalıdır.

Qanunun tətbiqi mərhələli olduğundan Azərbaycan vətəndaşları qısa zamanda yeni qaydalara uyğun status almalıdırlar.

Lakin sərhədlər bağlı olduğuna görə hazırda Gürcüstanda olan azərbaycanlılar ölkəni tərk edib yenidən daxil ola bilmir, icazəni uzatmaq üçün tələb olunan çıxış-giriş prosedurunu yerinə yetirə bilmir. Nəticədə Azərbaycan vətəndaşları qeyri-qanuni statusa düşür. Bu isə cərimə və deportasiya riski yaradır.

Hazırda Gürcüstandan Azərbaycana kütləvi olaraq deport edilənlərin olduğu barədə xəbərlər dolaşır. Təbii ki, bu da iqtisadiyyatımıza yeni ziyan vuran faktdır. Xaricə gedən hər bir vətəndaş potensial olaraq Azərbaycana valyuta yollayan gücdür. Və sadəcə 6 aylıq statistikaya görə 2025-ci ilin ilk 6 ayı ərzində Gürcüstandan Azərbaycana pul köçürmələri 17,4 milyon dollardan 18,1 milyon dollara qədər artıb.

Təsəvvür edin quru sərhədləri açılsa bu rəqəm azı 2 dəfə arta bilər...

Amma Gürcü hökuməti də bunun fərqindədir və yeni qanun qəbul edib. Bizim vətəndaşların isə o qanundan qorunmaq üçün tək çıxış yolu var - quru sərhədlərindən giriş-çıxış edə bilmək...

Razi Abasbəyli

Xəbər 3444 dəfə oxunub.




29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi

28.10.2025  11:03 

Prezident Sabirabada səfər edib


BÜTÜN XƏBƏRLƏR +