Lavrov və Rubio arasında görüş planlaşdırılır
Pezeşkian Şahin Mustafayevi qəbul edib
Tramp Zelenski ilə görüşəcək
Prezident ABŞ-də görüşlər keçirdi - Foto/Yeniləndi
Fransa Fələstini dövlət kimi tanıyıb
Prezident və xanımı ABŞ-də -FOTO
Ankara-Bakı reysi niyə təcili eniş edib?
Mühüm sənədlər imzalanacaq - Cabbarov
İcra başçısına ağır itki üz verib
Leysan yağışları Astarada fəsadlar yaratdı


21.05.2025  14:39 

Mənim balamı zülümlə öldürüb - Qətl





A+  A-

Xəbər verdiyimiz kimi, Sabirabadda 16 yaşlı Nuranə Ələkbərova qeyri-rəsmi nikahda yaşadığı Seyidrəsul Talıbzadə tərəfindən qətlə yetirilərək Kür çayına atılıb.

XəzərNews.az Baku.TV-yə istinadən xəbər verir ki, Nuranənin atası İlkin Ələkbərov qızının işgəncə ilə öldürüldüyünü bildirib.

“Mənim balamı zülümlə öldürüb. Aldadıb aparıb öldürüb. 5 gün bundan qabaq mən onu evdən çıxarmışam. Demişəm ki, “get, bir də bura dönmə, nə vaxt atan, anan bura gələcək, söz verəcək... Nə vaxt ki, toydan əvvəl gəlib söz vermişdilər, sinəsinə döymüşdü ki, “bu gəlin mənimdir, mən baxacam öz balam kimi”. Baxmadı ki... Getdim balamı gətirdim”, - o qeyd edib.

Atası bildirib ki, qızının yaşı düşmədiyi üçün onların rəsmi nikahı olmayıb:

“Qızımı qaçırdı. Həmin gecə evlərinə getdim qızı gətirmək üçün. Düşdülər ayağımıza dedilər ki, “ağır seyidik, bu bala mənim balamdır, narahat olmayın. Bu qızı buradan heç kim apara bilməz, aparan da xeyir tapa bilməz. Ona görə də susduq qaldıq, kişi söz verdi də, biz nə bilərdik ki, bu kişi deyilmiş. Mən onu özüm maşına mindirib aparmışdım. Məndən sonra gəlib qızımı aldadıb aparıb. 17-si qızımı öldürüb, dünən xəbəri gəlib. Onun valideyni bilirmiş. Gülə-gülə kürdən çıxardı meyiti”.

Xatırladaq ki, S. Talıbzadə mayın 17-si birgə yaşadığı 16 yaşlı Nuranəni qətlə yetirərək Kürə atıb. Hadisədən 3 gün sonra polisə gedərək əməlini etiraf edib və təslim olub.

Xəbər 3437 dəfə oxunub.



23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək

22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı


BÜTÜN XƏBƏRLƏR +