İsveç xəbərdarlıq etmədən vuracaq - Nazir
Başqasının fotosunu paylaşaraq pul topladı
“Pirzola” restoranının sahibi niyə həbs edilib?
Adnandan sonra... - Başqa kimlər həbs oluna bilər?
İran “tövbə müsəllası”na hazırlaşmalıdır - TƏHLİL
Belçikada erməni radiosu fəaliyyət göstərir, azərbaycanlılar isə...
Lavrov və Rubio arasında görüş planlaşdırılır
Pezeşkian Şahin Mustafayevi qəbul edib
Tramp Zelenski ilə görüşəcək
Prezident ABŞ-də görüşlər keçirdi - Foto/Yeniləndi


23.07.2021  10:32 

Lənkəranda “patı” satan 15 kişi və 1 qadın saxlanıldı





A+  A-

Lənkəranda narkotik vasitə və “patı”, “şüşə” kimi tanınan psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 nəfər rayon sakini saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, rayon sakini Valeh Bayramlının üzərindən 147 qram psixotrop maddə metamfetamin və 105 qram narkotik vasitə heroin, 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Lənkəran rayon sakinləri Rahid Rəhimov, Əfqan Muradov, İman Bağırov, Elşən Yaqubov, Natiq Bağırov, Cavid Məmmədov, Rahid Əliyev, Elada Qasımova və evində tiryəkxana təşkil edən Oqtay Hüseynov saxlanılıb. Onlardan ümumilikdə 48 bükümdə heroin və metamfetamin, 2 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Rayonun Göyşaban kənd sakinləri Anar Xəlilov, Həsən Qurbanov, Rasim Cavadov, Cəfər Mustafayev, Qiyamət Abızadə və Valeh Nəcəfov saxlanılıblar. Onlardan ümumilikdə 54 ədəd bükümdə heroin və metamfetamin, 6 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Xəbər 3577 dəfə oxunub.



23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək

22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı


BÜTÜN XƏBƏRLƏR +