“Qarabağ“ın gəncləri “Benfika“ya uduzdu
Prezidentlər Şuşa qalası önündə foto çəkdiriblər
Əməliyyatdan sonra qadın iflic oldu
Qızına qarşı cinsi zorakılıq edən şəxs 13 il iş aldı
ABŞ: “Müharibə 90 günə bitə bilər”
Tanınmış şairin səhhəti pisləşib
Zelenski Putinlə görüşməyə hazır olduğunu açıqlayıb
Vəzifəli şəxslərin həbsi tələb edildi - Azərbaycanda
Azərbaycanda faktiki hava açıqlanıb
İranın İslami strukturlarla münasibətlərində gərginlik – Açıqlama


07.04.2017  11:19 

Türkiyə ABŞ-ın Suriyaya raket zərbələrini dəstəklədi





A+  A-

Türkiyə hökumətinin sözçüsü Numan Kurtulmuş ABŞ-ın Suriya rejiminə aid aviabazaya raket zərbələri endirməsinə münasibət bildirib.
XəzərNews.az-ın xəbərinə görə, N. Kurtulmuş Türkiyədəki “Fox TV”yə müsahibəsində bu addımı müsbət qiymətləndirdiklərini deyib: “ABŞ tərəfindən oradakı hərbi bazanın, yəni mülki şəxslərə atəş açıldığı, böyük ehtimalla kimyəvi silahlarla dinc sakinlərin bombalandığı o hərbi bazanın vurulması önəmlidir. Bunu müsbət qarşılayırıq. Amma beynəlxalq ictimaiyyət Əsəd rejiminin barbarlığına qarşı mövqeyini çox konkret şəkildə davam etdirməlidir - o vaxta qədər ki, Əsəd artıq xalqına zərər verə bilməyəcək hala gəlsin. Ona görə də, bu faktı müsbət qarşılayırıq, lakin bunun davamının gəlməsin və Əsəd rejiminin tam cəzalandırılmasının əsas şərt olduğunu düşünürük”.

N. Kurtulmuş qeyd edib ki, belə davam edərsə, ABŞ, Rusiya və digər ölkələr toqquşma nöqtəsinə gələ bilər: “Bizim lap əvvəldən söylədiyimiz bir məsələ var. Xalqına qarşı barbarlıq edənlərin qarşısı alınmalıdır. Müəyyən bölgələr, məsələn, “Fərat qalxanı” əməliyyatı ilə təmizlədiyimiz ərazi kimi bölgələr təhlükəsiz zona elan olunmalıdır. Suriya probleminin sürətlə həllinə aparıb çıxaracaq amillərdən biri məhz təhlükəsizlik zonasının yaradılmasıdır. Amerikalılar uzun müddət qərarsız qaldı. Bunun bölgəyə heç bir faydası olmadı və ABŞ-ın özünü də çıxılmaz duruma saldı”.

Xəbər 3232 dəfə oxunub.




16.09.2025  10:29 

Bakıda intihara cəhd olub

15.09.2025  17:30 

“Vüsal 300“ həbs EDİLDİ

15.09.2025  16:09 

Nanənin verilişi bağlandı


BÜTÜN XƏBƏRLƏR +