Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


07.02.2023  17:35 

“Azərbaycandan cavab və təkliflər almışıq” - Mirzoyan





A+  A-

Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlar davam edir və Ermənistan bu danışıqlarda fəal iştirak edir.

XəzərNews.az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Almaniya xarici işlər naziri ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Biz regionumuzda sabit və davamlı sülhün qurulması üçün fəal səylərimizi davam etdirmək niyyətindəyik. Dekabr ayına Azərbaycan və Rusiya xarici işlər nazirlərinin növbəti görüşü nəzərdə tutulmuşdu. Bu dəfə Moskvada baş tutmalı idi. Lakin bu vəziyyətə baxmayaraq, biz sülh müqaviləsi ilə bağlı yeni təkliflərimizi Azərbaycan tərəfinə verdik. Bir neçə gün əvvəl Azərbaycandan cavab və təkliflər almışıq. Bu, davam edən prosesdir və biz mətn üzərində işləməyə, təkliflər mübadiləsinə və müzakirələri davam etdirməyə davam edirik”, - XİN rəhbəri qeyd edib.

XəzərNews.az

Xəbər 2713 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +