Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


05.08.2021  11:45 

“Bu çətin günlərdə Türkiyəyə hər cür yardıma hazırıq”





A+  A-

5 avqust 2021-ci il tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.
XİN-dən XəzərNews.az-a verilən məlumata görə, nazirlər Türkiyədəki meşə yanğınları ilə bağlı son vəziyyət, yanğınların söndürülməsi və geniş ərazilərə yayılmasının qarşısının alınması əməliyyatları, azərbaycanlı yanğınsöndürənlərin bu əməliyyatlarda iştirakı məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Mevlüt Çavuşoğlu Azərbaycan tərəfinin meşə yanğınlarının söndürülməsində Türkiyəyə yardımına görə minnətdarlıq ifadə edib.

Ceyhun Bayramov Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu və bu çətin günlərdə Türkiyəyə hər cür yardımı göstərməyə hazır olduğumuzu bir daha vurğulayıb.

Xəbər 4155 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +